18-07-2023, 20:41 Oxunub: 2162

BDU-nun səliqəsiz hörgüsü: Bina sökülə bilərmi?

Bakı Dövlət Universitetinin (BDU) aprel ayından təmirə bağlanan 2 saylı korpusunun hörgüsü səliqəsiz edilib.

Bunu əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.

Paylaşımda tədris binasının normalara uyğun olmayan qaydada tikildiyi qeyd edilib.

BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2 saylı tədris korpusu əsaslı təmir olunur:

“Bina 1977-78-ci tədris ilində istifadəyə verilib və həmin vaxtdan bir dəfə də olsun əsaslı təmir edilməyib. Əsaslı təmir zamanı bütün bərkitmə işləri həyata keçirilir və mövcud qüsurlar aradan qaldırılır.

Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulur, bütün kommunikasiya xətləri yenilənir”.

Məsələ ilə bağlı memar Cahid Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, son illər bu cür formada təmir-bərpa işlərinə rast gəlinir:

“Çünki təmir-bərpa işlərinin “qalib”ləri peyda olublar. Yəni ciddi bir sahə şouya döndərilib. Hər qurum tender zamanı özünün naşı firmalarını irəli çəkir. Nəticədə peşəkar memar və mühəndislər işsiz qalıblar.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə rastlaşdıq ki, yaşı 200 ildən çox olan Lənkəran Dairəvi Qalasının bərpası gedir və damına şifer vurublar. Niyə? Çünki heç bir peşəkarın firması tenderin qalibi ola bilməz”.

Memar qeyd edib ki, BDU-nun səliqəsiz hörgüsü olan binasının düzəldilməsi mümkündür:

“Peşəkarlar, mütəxəssislər cəlb olunsa, tez vaxtda, ucuz maliyyə ilə həlli tapılar”.

Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA Gündəm / İqtisadiyyat Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO Gündəm / Sosial Məmmədov Cahid Murad oğlu meşəni həqiqətən qoruyub, sevən, işinə məsuliyyətlə yanaşan direktordur - foto Məmmədov Cahid Murad oğlu meşəni həqiqətən qoruyub, sevən, işinə məsuliyyətlə yanaşan direktordur - foto Sosial Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim