25-07-2023, 13:01 Oxunub: 2188

“Prezident Şuşa Qlobal Media Forumunda bütün sualları çox dəqiq və sərrast şəkildə cavablandırdı” - RƏY

“Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bütün sualları çox dəqiq və sərrast şəkildə cavablandırdı”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Baku TV-nin efirində yayımlanan “Baku analitik” verilişində deyib.

O bildirib ki, dövlət başçısı Şuşa Qlobal Media Forumunda üç saata yaxın müddətdə yerli və xarici jurnalistlərin suallarını cavablandırıb:

“Orada üstüörtülü qalan və toxunulmayan heç bir mövzu olmadı. Kim hansı məsələni qabartmaq, hansı suala cavab almaq istəyirdisə, həmin sualları rahatlıqla Prezident İlham Əliyevə ünvanlaya bilirdi. Dövlət başçısı da həmişəki kimi bütün sualları çox dəqiq, sərrast şəkildə cavablandırırdı”.

F.Hüseynəliyev forumda Prezident İlham Əliyevə ünvanlanan sualların və cavabların yaddaşında daha çox qaldığını söyləyib:

“Cənab Prezident qeyd etdi ki, medianı izləyir. Hətta onu da bildirdi ki, mediaya heç bir tövsiyəsi də yoxdur, media sərbəstdir və müstəqildir. Hesab edirəm ki, dövlət başçısının bu fikirləri mediaya bir etimad mesajı idi. Ona görə də bu sualı çox diqqətlə izlədim və özümə də maraqlı gəldi. Məndə də bir ruh yüksəkliyi yarandı”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi analitik Yeganə Hacıyeva verilişdə söyləyib ki, Şuşa Qlobal Media Forumunun əhəmiyyəti böyükdür:

“Hazırda gedən proseslərdə media aparıcı qüvvədir. Forumda iştirak edən şəxslərlə iki gün ərzində bir yerdə olmaq, onlarla fikir mübadiləsi aparmaq və öyrənmək çox böyük şans idi”.

Müzakirələr zamanı Azərbaycan lideri İlham Əliyevin Şuşa şəhərində səsləndirdiyi bəyanatların böyük əhəmiyyətindən bəhs olunub.

Qeyd edək ki, iyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Bizimlə əlaqə saxlayın

Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı Gündəm / Siyasət Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub Gündəm / Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim