İdman
ÇOX OXUNANLAR
20-01-2020, 20:17 Oxunub: 2499
Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin araşdırılması ilə bağlı Qarabağ Təşkilat Komitəsi yaradılmışdı. Oxu.Az-ın məlumatına görə, bu analitik qrupun nəzdində müxtəlif qurumlardan gələn insanlar fəaliyyət göstərirdi – Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti, partiya orqanları və sair.
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov müsahibələrinin birində deyib ki, sonralar orada analitik qrupun yaradılması və onun işinin təmin edilməli olduğu barədə qərara gəlinib.
“Bir sözlə, Mərkəzi Komitənin nəzdində analitik qrup yaradıldı. Bu qrup cavan alimlərdən ibarət idi”, - deyə T.Zülfüqarov müsahibəsində demişdi.
Bu qrupa kompüter proqramı üzərində ictimai elmlərlə məşğul olan mütəxəssisləri cəlb edirdilər ki, xüsusi proqnozlaşdırma proqramı yaradılsın.
Görkəmli alim Rafiq Əliyev də süni intellekt üzrə mütəxəssis kimi burada təmsil olunub.
“Bu proqnozları kompüterin istifadəsi ilə yaratmaq üçün respublikada gedən ictimai-siyasi prosesləri analiz edən insanlar lazım idi”, - deyə T. Zülfüqarov bildirib.
20 Yanvar faciəsinin 30-cu ildönümündə T.Zülfüqarov həmin analitik qrupun fəaliyyəti ilə bağlı daha bir açıqlama ilə çıxış edib.
O bildirib ki, analitik qrup 1989-cu ilin sentyabrında mövcud vəziyyətlə bağlı növbəti proqnozunu hazırlamışdı.
Onun sözlərinə görə, analitik mərkəz proqnozlaşdırırdı ki, erməni əhalinin çox yaşadığı Bakı və Gəncədə etnik iğtişaşlar başlayacaq.
“Yanvarın 20-nə isə hələ 3.5 ay qalırdı…”, - deyə T.Zülfüqarov qeyd edib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







