İdman
ÇOX OXUNANLAR
20-01-2020, 20:13 Oxunub: 2353
Politoloq 20 Yanvarın baiskarından danışdı: “Qorbaçovu mütləq mühakimə etmək lazımdır”
Rasim Ağayev – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş Əbdürrəhman Vəzirovun köməkçisi olub. O, Azərbaycan Mərkəzi Komitəsinin nəzdində yaradılmış analitik qrupun tərkibində olub. Həmin analitik qrup Dağlıq Qarabağ münaqişəsi və onun ölkəyə hansı təsirlər edə biləcəyi ilə bağlı proqnozlar hazırlayırdı.
Bir müddət sonra isə R.Ağayev Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibovun informasiya siyasətini həyata keçirdi.
Yəni Azərbaycanın o zamankı Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi R.Ağayev hazırda politoloq kimi fəaliyyət göstərir.
R.Ağayev 20 Yanvar faciəsinin 30-cu ildönümündə Oxu.Az-a danışıb.
Ekspert bildirir ki, hələ 1980-ci illərin sonunda Azərbaycanın fəlakətə sürükləndiyini yazıb.
“Mən o vaxt deyirdim ki, Azərbaycanı fəlakətə sürükləyənlər siyasətbazlar, siyasətdən başı çıxmayanlar, siyasəti küçə hərəkatı kimi görənlərdir. Bunların da əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndələri idi”, - deyə R.Ağayev qeyd edir.
“Mən əmin idim ki, bu Xalq Cəbhəsinin gələcəyi yoxdur. Ancaq təklif edirdim ki, yaranmış vəziyyəti – Dağlıq Qarabağ münaqişəsi, Mixail Qorbaçov kimi satqınların SSRİ rəhbərliyinə gəlməsini – nəzərə alaraq ümumi cəbhə yaradaq.
Ümumi cəbhənin də hakimiyyətdəki kommunistlərdən və Xalq Cəbhəsinin nümayəndələrindən ibarət olmasını təklif edirdim. Xalq da başa düşəcəkdi ki, bizim rəyimiz ümumi mənafeyə hesablanıb”, - deyə R.Ağayev əlavə edir.
R.Ağayev 20 Yanvar qətliamının baiskarı, SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçovun hələ də qanun qarşısında cavab verməməsi ilə bağlı sualı da cavablandırıb.
O bildirib ki, M.Qorbaçovun qanun qarşısında mühakimə edilməməsi tamamilə yanlışdır.
“Qorbaçovu mütləq mühakimə etmək lazımdır. Bir zamanlar məndə belə rəy yaranmışdı ki, Boris Yeltsin də Qorbaçovun mühakiməsini istəyir. Ancaq bir müddət keçəndən sonra Yeltsin hakimiyyətə gəldi, Rusiyanın Prezidenti oldu.
Gördük ki, Yeltsini ancaq hakimiyyəti və araq maraqlandırır. Araq içəndə hakimiyyət yaddan çıxırdı, amma hakimiyyətə gələndən sonra araq yaddan çıxmırdı. Gördük ki, artıq Yeltsinin də Qorbaçovun mühakiməsi olunması ilə bağlı fikri yoxdur”, - deyə R.Ağayev qənaətlərini bölüşüb.
XƏBƏR LENTİ
16:59 | Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib 21:08 | Mirziyoyev İlham Əliyevi təbrik etdi 20:56 | Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı 20:53 | Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı 20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim







