3-08-2023, 12:13 Oxunub: 2181

ABŞ-li jurnalistlər Şuşanı ziyarət ediblər

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup ABŞ-li jurnalisti və media eksperti ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini  abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhər ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib. 

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (“Fox TV”, CNN, “Al Jazeera”) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (“Caracol TV” and “Canal 1”) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış bloqer Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildirlər.


Mövzu ilə əlaqədar

Aqiyə Naxçıvanlı: “Heç kim Şuşadan Azərbaycan ruhunu silə bilməz” Aqiyə Naxçıvanlı: “Heç kim Şuşadan Azərbaycan ruhunu silə bilməz” Gündəm / Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə  malikdir Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə malikdir Gündəm / Mədəniyyət Vətən müharibəsinin başlamasından 2 il ötür Vətən müharibəsinin başlamasından 2 il ötür Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim