26-08-2023, 14:15 Oxunub: 2219

Azərbaycanın siyasi tarixində ictimai və dövlət xadimi kimi tanınan xanım siyasətçilər az olub

Ölkəmizin Birinci vitse-pezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyəti müasir dövr Azərbaycanımızın inkişafında öz ülvi və əzəmətli yeri - böyük tarixi əhəmiyyətli işlər görən xanım, dövlət və ictimai-siyasi xadim olaraq təhlil və təqdir olunmalıdır.

Birinci xanım xaricdə olan yalnız azərbaycanlıların deyil, digər ölkə xalqlarının da humanist addımları ilə mükafatını qazanıb. Fransa, İtaliya, Rusiya dövlətlərinin, Roma Papasının, Rusiya provaslav kilsəsinin ən ali fəxri adlarının ölkəmizin Birinci vitse-prezidentinə təqdim edilməsi bütünlükdə dövlətimizin, xalqımızın uğurudur.

44 günlük müharibənin zəfər təntənəsində igid əsgər və zabitlərimizlə bərabər Mehriban Əliyeva diplomatik uğurlarının gücü və təntənəsi var. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurlu siyasətində Mehriban xanımın rolu geniş və çoxşaxəlidir.

Birinci vitse-prezidentimizin fəaliyyətininin prioritetlərini hər zaman cəmiyyətimiz üçün prinsipial məsələlər əhatə edir. Bu beynəlxalq prioritetlərə müstəqil Azərbaycanın qüdrətlənməsilə bərabər dünyada sülhü və əmin-amanlığı qorumaq kimi böyük ülvi ideallar daxildir.

Mehriban xanım Əliyeva UNESCO və İCESCO-nun xoşməramlı səfiri, Azərbaycanın dövlət xadimi – Birinci vitse-prezidentidir.

Onun uğurlarının nəticəsi ilk növbədə Azərbaycan vətəndaşının xoş gələcəyinə hesablanıb. Beynəlxalq aləmdə son iki onilliyin ən qüdrətli azərbaycançılıq layihələrinin təntənəsi məhz Mehriban xanımın rəhbər fəaliyyəti ilə həyata keçib.

Sivilizasiyaların beynəlxalq aləmdə dinc yanaşı yaşaması istiqamətində ictimai-siyasi dünya düzəninə səmərəli fəaliyyət bəxş edən xanım siyasətçi məhz Mehriban Əliyevadır.

Müasir dünyada ictimai və dövlət siyasətini bir araya gətirərək fəaliyyətin əlaqələndirilməsi mürəkkəbləşir. Müasir dünyada liberal siyasətin rolu çox güman ictimai və dövlət maraqlarını birgə reallaşdırmaqda tərəddüdlər yaradır. Ancaq Azərbaycanın Birinci vitse-prezidenti regionda və dünyada bu iki fəaliyyəti- həm ictimai – liberal, həm dövlət praqmatizmi siyasətini reallaşdıra bilib.

Belə ki, ölkəmizin Birinci vitse-prezidenti üçün ən ali irs beynəlxalq siyasətdə insanın aliliyi və bu aliliyə hörmət hissləridir.

Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə fəaliyyəti bütünlükdə aşağıdakı mühüm məsələlərin həllinə yönəlməsi həm region, həm də dünya siyasəti üçün əhəmiyyətlidir:

- Dünyada sülhü qorumaq;

- Kimliyindən asılı olmayaraq insanlığa humanist münasibəti artırmaq;

- İnsanların zövq aldığı və bütün insanlıq ruhuna təsir edən maddi-mədəni irsə dəstək;

- Uşaqlara dünyada və ölkədə qayğı;

- Dünya dinlərinə məhəbbəti təbliğ etmək.

- Mədəniyyətlərin qovuşması və dinc yanaşı yaşamsı mümkünlüyünü təbliğ etmək.

Təbii ki, bu təsnifatı daha da genişləndirmək olar. Ancaq Mehriban xanım Əliyeva sözügedən istiqamətlərdə fəaliyyətini o qədər sistemli və davamlı aparmışdır ki, bu istiqamətlərə müvafiq dünyada ideoloji-humanitar hərəkatın əsasları formalaşıb.

Mehriban xanım Əliyevanın hədəflərində Azərbaycanın böyük mədəniyyətinin dünyada tanıdılması məsələsi dayanıb. O, bu tarixi missiyanı böyük səbr və şərəflə yerinə yetirə bilmişdir. Aldığı böyük fəxri adlar dövlət xadiminin ölkə mədəniyyətinə olan sonsuz istəyini ifadə edir.

Mehriban Əliyevanın ictimai fəaliyyəti də geniş və çoxşaxəlidir. Hələ, 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan xalqının mədəni dəyərlərinin dünya mədəniyyətinə inteqrasiya olunmasında müstəsna xidmətləri olan Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis edilib.

Mehriban xanım Əliyevanın fəaliyəti həm də Şərq dünyasının postmodernizm dövrü liberal-demokratik ideyaların gerçəkləşməsində tarixi rolu ilə seçilir.

O, Azərbaycanın Mədəniyyətinin Dostları Fondunun, eləcə də Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətini dünyada əlaqələndirdiyi zaman, yalnız böyük dövlət başçılarının deyil, həm də xarici ölkə ictimaiyyətinin diqqətini cəmiyyətimizə, dövlətimizə yönəldə bilib.

1996-cı ildə Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan və vətənimizə musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində layiq olduğu şöhrəti gətirən “Azərbaycan-İrs” jurnalını təsis etmişdir.

Xalq musiqisinin, muğamlarımızın, poeziyamızın inkişafında, maddi-mədəni irsimizin dünya arenasında qorunmasında yüksək yaradıcılıq və təşkilatçılıq qabilliyəti ilə fərqlənən Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Onun təşəbbüsü və rəhbərlik etdiyi təsisatların hərtərəfli dəstəyi ilə keçirilmiş çoxsaylı tədbirlər, Azərbycanın müasir beynəlxalq əməkdaşlığına sistemli töhfələr vermişdir.

Mehriban Əliyeva mədəniyyətlərin yaxınlaşmasına yönəlmiş geniş fəaliyyəti ilə müasir beynəlxalq münasibətlərin humanistləşməsində böyük rola malik şəxsiyyətdir.

O, mədəniyyətlərin dinc yanaşı yaşamasının mümkünlüyünü praktiki fəaliyyəti ilə dünyaya çağırışlar edən xanım siyasətçidir.

Mehriban xanım ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilənədək beynəlxalq aləmdə olduqca tarixi əhəmiyyətli müqavilələrə imza atıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb, milli-mənəvi maraqlarımızı, dövlət və ictimai məqsədlərimizi reallaşdırıb, mühüm humanitar tədbirlərə rəhbərlik edib, yüzlərlə sadə vətəndaş problemlərinin həllini reallaşdırıb.

Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İCESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya ictimai və dövlət işlərində yeni uğurlar arzulayırıq.

Siyasi elmlər üzrə fəlsəfə doktorları Rufiz Qonaqov və Hüseyn İbrahimov 


Birinci Qarabağ Müharibəsinin qazisi, igid-qəhrəman şəhidimiz Tağıyev Teymur Gülhüseyn oğlunun anası Səyyarə xanımın qonağı olduq Birinci Qarabağ Müharibəsinin qazisi, igid-qəhrəman şəhidimiz Tağıyev Teymur Gülhüseyn oğlunun anası Səyyarə xanımın qonağı olduq Gündəm / Sosial Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Aqiyə Naxçıvanlı: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında böyük rol oynayır” Aqiyə Naxçıvanlı: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında böyük rol oynayır” Siyasət Səttar Möhbalıyev: “Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir” Səttar Möhbalıyev: “Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir” Siyasət "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO Gündəm / Siyasət