Peşəkarlıq və ya şəfalı əllər sahibi - Op.Dr.Cəmilə Hüseynova
Bu gün söhbət açacağımız insan sıradan bir şəxs deyil. Yüzlərlə, bəlkə də minlərlə xəstələri müayinə və müalicə edib pasientlərinə sevgi ilə gözəllik bəxş edən, vətənpərvər, ziyalı xanım Op.Dr.Cəmilə Hüseynovadı. Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Cəmilə xanım üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Cəmilə həkim həyata eşqi yaşadan xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.
Bu günədək həkim kimi fəaliyyət göstərən Op.Dr.Cəmilə Hüseynovadı ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Cəmilə həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Op.Dr.Cəmilə Hüseynovadı bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.
Op.Dr.Cəmilə Hüseynovadı – Şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, onların istədiyi gözəlliyi özünün təfəkkürü və savadı ilə xalqın sevimli loğmanı kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Cəmilə həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.
Cəmilə xanım haqqında yazdıqca yazmaq istəyirsən, çünki bu xanım həkim kimi həkim, insan kimi bir şəxsiyyətdir.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Cəmilə xanım özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Cəmilə xanımın öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər müqabilində qiymət verilir.
Onu da xüsusilə qeyd etmək istəyirik ki, Op.Dr.Cəmilə Hüseynovadı şəhid ailələri, qazilərə və kimsəszilərə təmənnasız olaraq xidmət edir. Dövlət əhəmiyyətli tədbir və xeyriyyə aksiyalarında yaxından iştirak edir və əlindən gələn köməklikləri göstərir.
Biz də redaksiyamızın kollektivi adından Op.Dr.Cəmilə Hüseynovaya bundan sonrakı hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq. Əziz doktorumuz şəfalı əllərin heç vaxt yorulmasın. Can sağlığı və uğurlar arzulayırıq.
İlhamə Məhərrəmqızı
Baş redaktor