2-02-2024, 16:27 Oxunub: 2583

Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir


2 fevral 2024-cü il taixində AVMVİB-nin Nəsimi rayon şöbəsində şəhid ailələrinin, müharibə veteranlarının-7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr edilmiş yığıncağı keçirilib. Yığıncaqda AVMVİB sədrinin müavini İslam Səfərov, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.
Nəsimi rayon şöbəsinin sədri e.o. p-k Elmar Hüseynov yığıncaq iştirakçılarına 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq barədə geniş məlumat verdi. Hər bir Azərbaycan vətəndaşının bu mühüm və əlamətdar tədbirdə fəal iştirak etməyə çağırdı. O, qeyd etdi: “ İlk dəfədir ki, Prezident seçkiləri müstəqil Azərbaycan tarixində dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğu  şəraitdə keçirilir. Xalqımız böyük əhval-ruhiyyə ilə bu seçkilərdə iştirak edəcəkdir. Biz müharibə veteranları, ailə üzvlərimiz, qohum-əqrabalarımız, yaxınlarımız seçkidə fəal iştirak etməliyik və səsimizi Qalib Azərbaycan Xalqının-Qalib Böyük Oğlu cənab İlham Əliyevə səs verməliyik.
Yığıncaqda AVMVİB sədrinin müavini İslam Səfərov, e.o.p-k Qaçay Aslanov, müharibə veteranı Musa Əliyev, e.o. m-r Azad Cəbrayılov, müharibə veteranı Yadigar Həmidov, şəhid Teymur Həsənovun atası müharibə veteranı  Mahal Həsənov çıxış etdilər. Onlar Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyi, müharibə veteranlarını 7 fevral 2024-cü il tarixində Azərbaycanın gələcəyi naminə İlham Əliyev cənablarına səs verməyə çağırdılar.
Tədbirdə gənc müharibə veteranı 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərinin fəal iştirakçısı Səfərli Amin Ramil oğluna AVMVİB sədrinin müavini İslam Səfərov tərəfindən üzvülük vəsiqəsi təqdim edildi. Gənc qazi Amin Səfərov Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olundu. Tədbirin sonunda müharibə veteranları xatirə fotosu çəkdirdilər.

Fərid Səfərov
“Xezertv.info”-nun təsisçisi, AJB-nin üzvü

Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir
Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir
Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir
Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir
Nəsimi rayonunun müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə SƏS verir




Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial QƏHRƏMANLAR ÖLMÜR QƏHRƏMANLAR ÖLMÜR Gündəm Elmar Vəliyevi güllələyən şəxsin istintaqı başa çatdı - MƏHKƏMƏ BAŞLAYIR Elmar Vəliyevi güllələyən şəxsin istintaqı başa çatdı - MƏHKƏMƏ BAŞLAYIR Gündəm / Hadisə Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Gündəm / Sosial Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim