3-02-2024, 21:06 Oxunub: 2467

Şəmkir rayonu Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin uğurları ildən-ilə artır

Bu gün təhsil sahəsində xüsusi xidmətləri ilə seçilən Şəmkir rayonu Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin direktoru Firuzə İmanova barəsində bəhs edəcəyik.  

Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şiştəpə kənd tam orta məktəbin direktoru Firuzə İmanova ləyaqət nümunəsi məktəb direktorlarından biridir. Firuzə İmanova vəzifəsini vicdanla yerinə yetirən biridir.   

Bəri başdan deyirik ki, Firuzə müəllim təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Firuzə müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Şiştəpə kənd tam orta məktəbin direktoru Firuzə İmanova direktor olduğu məktəbdə bir rəhbər kimi yox, təhsil işçilərinə, müəllimlərə və tələbələrə bir doğma insan kimi davranmağını, onların problemləri ilə yaxından tanış olub bir başa həllində öz əlindən gələn köməkliyini edir. O, cümlədən də müəllimlərin dərsə davamiyyətinin yüksək səviyyədə təmin edərək, şagirdlərə elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır.   

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Şiştəpə kənd tam orta məktəbin direktoru Firuzə İmanova təhsil ocağını müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandır. Yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Şiştəpə kənd tam orta məktəbin direktoru Firuzə İmanovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Firuzə İmanovanın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, Şiştəpə kənd tam orta məktəbin direktoru Firuzə İmanova şəhid ailələri, vətən müharibəsi əlilləri və kimsəsizlərin problemləri ilə daim maraqlanır, onların həllində birbaşa iştirak edir.  

Bütün bunlar təsdiq edir ki, Prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iyirmi illik fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur. 

Biz redaksiya olaraq Firuzə İmanovaya işində uğurlar arzu edirik. Ömrünü elmə, təhsilə və gələcəyimiz olan gənclərimizi  savadlı böyüməsində həsr etdiyi üçün təşəkkürlərimizi bildiririk.

 

İlhamə Məhərrəm qızı 

Baş redaktor 

Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Mən Poladdan yazıram Mən Poladdan yazıram Gündəm / Sosial DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI Gündəm Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu Gündəm Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm