18-03-2024, 15:36 Oxunub: 2402

İlham Əliyev Rusiya prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:


“Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkidə inamlı qələbəniz dövlətçiliyin möhkəmləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlmiş kursa rusiyalıların yüksək inamından və fəal dəstəyindən xəbər verir.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər sabit inkişafı ilə seçilir. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan bu əlaqələr müttəfiqlik münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla genişlənir və möhkəmlənir, onlara yeni məzmun əlavə olunur.

Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Rusiya hərtərəfli tərəfdaşlığının dərinləşməsinə, ikitərəfli gündəlikdə duran cari vəzifələrin həyata keçirilməsinə, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə bütün sahələrdə səmərəli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Rusiyanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Koçaryan Putinə təbrik məktubu göndərdi - Həbsxanadan Koçaryan Putinə təbrik məktubu göndərdi - Həbsxanadan Gündəm / Dünya Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Gündəm "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir" "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir" Gündəm Səttar Möhbalıyev: “Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir” Səttar Möhbalıyev: “Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim