25-11-2025, 15:53 Oxunub: 2215

ARHD.AZ rəhbəri İsmayıl Zalov Türkiyə Böyük Millət Məclisində rəsmi qonaq olub


25 noyabr 2025-ci il – Avropa səfərini başa vuraraq Türkiyəyə gələn ARHD.AZ saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov, dost və qardaş ölkə olan Türkiyənin Böyük Millət Məclisində (TBMM) rəsmi qonaq qismində qarşılanıb.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətləri, iki ölkənin strateji tərəfdaşlığı və regional əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə edilib. İsmayıl Zalov qeyd edib ki, Azərbaycan dövləti demokratik və hüquqi dövlət prinsiplərinə sadiqdir, insan hüquqlarına və qanunun aliliyinə xüsusi önəm verir.

İsmayıl Zalov çıxışı zamanı Azərbaycanda təşkil olunmuş KOB 29 tədbirinin yüksək səviyyədə baş tutduğunu da vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu tədbirin təhlükəsizliyini və təşkilati prosesini peşəkar şəkildə təmin edərək böyük uğura imza atıb.

Hüquq eksperti Avropada keçirilən KOB 30 tədbiri ilə bağlı da fikir bildirərək, bu tədbirin ciddi təhlükəsizlik boşluqları səbəbindən yanğınlar və müxtəlif faciələrlə yadda qaldığını diqqətə çatdırıb.

İsmayıl Zalov TBMM-dəki çıxışında qardaş Türkiyədə keçirilməsi planlaşdırılan KOB 31 tədbiri ilə bağlı ümidlərini belə ifadə edib:

“Ümid edirəm ki, Türkiyə dövlətində təşkil olunacaq KOB 31  2026 ci idə tədbiri qardaş ölkənin təhlükəsizlik orqanları tərəfindən ən yüksək səviyyədə təmin ediləcək və bu tədbir yüksək təşkilatçılıq nümunəsi olacaq.”

Bu mühüm görüş iki qardaş ölkə arasında siyasi, hüquqi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da güclənməsinə xidmət edən əhəmiyyətli addım kimi dəyərləndirilir.

 

Xüsusi müxbir: Ramil Abışov


ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi Gündəm / Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir Gündəm / Dünya Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət