2-01-2026, 16:33 Oxunub: 2158

Sumqayıtda növbəti qanunsuz tikinti: MƏMUR HİMAYƏSİ ŞÜBHƏLİ-FOTOLAR

Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində, Ocaq küçəsində qanunsuz tikinti faktı aşkarlanıb. Ərazi tam şəkildə hasara alınıb və intensiv tikinti işləri aparılır. Maraqlıdır ki, bu tikinti prosesi nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, nə də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının rəsmi icazəsi olmadan həyata keçirilir.
Mediatv.az-a verilən məlumatlara görə, hasara alınmış ərazidə obyekt inşa etdirən şəxs yüksək vəzifəli məmurdur. Məhz bu səbəbdən tikinti işlərinin açıq-aşkar qanunsuz olmasına baxmayaraq, prosesə göz yumulur.
 Suallar çoxdur: qanunsuz tikintiyə kim icazə verib?
Sumqayıt şəhərində hansı məmur öz səlahiyyətini aşaraq dövlət qurumlarının qərarlarını saymır?
Şəhər sakinləri Mediatv.az-a bildirirlər ki, adi vətəndaş bir metr hasar çəkmək üçün aylarla qapı-qapı düşdüyü halda, məmurlar üçün qanunlar sanki işləmir. Bu isə ölkədə qanunun aliliyinə ciddi kölgə salır.
Aidiyyəti qurumların susqunluğu, icra strukturlarının biganəliyi bir daha göstərir ki, Sumqayıtda qanunsuz tikintilər sistemli xarakter alıb. Əgər bu tikinti sadə vətəndaşa məxsus olsaydı, çoxdan texnika əraziyə yeridilərək işlər dayandırılardı. Ancaq məmur faktoru işə düşəndə qanunlar “görünməz” olur.
Mövzu diqqətimizdədir və araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin cavab haqqını tanıyırıq..
    Mediatv.az
   

Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət Sabiq deputatdan yaşlı deputat və məmurlar haqqında SƏRT SÖZLƏR Sabiq deputatdan yaşlı deputat və məmurlar haqqında SƏRT SÖZLƏR Gündəm / Sosial
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov