3-01-2026, 12:05 Oxunub: 2120

Gənclər Mərkəzi necə şadlıq evinə çevrilib? – İmişlidə şok iddialar/VİDEO

İmişli rayonunda gənclərin inkişafı və maarifləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ərazisində tikilmiş “Gənclər Mərkəzi” ilə bağlı ciddi qanunsuzluq iddiaları gündəmə gəlib. Sosial şəbəkə istifadəçisi Səməd Əliyev öz profilində məsələ ilə bağlı ittiham xarakterli paylaşımlar edərək, mərkəzin faktiki olaraq şəxsi kommersiya obyektinə çevrildiyini bildirib.
S. Əliyevin paylaşımında bildirilir ki, Gənclər Mərkəzinin yerləşdiyi ərazi Hacı Tofiq İsayevin maddi imkanları hesabına özəlləşdirilərək burada çayxana, bank, otel və şadlıq sarayı fəaliyyətə başlayıb. İddialara görə, bu məqsədlə park ərazisində yerləşən təxminən 500 şam ağacı məhv edilib. Qeyd olunur ki, bu obyektlər birbaşa gənclərin istifadəsi üçün nəzərdə tutulan dövlət mülkiyyətinin zəbt edilməsi bahasına başa gəlib.
Ən ciddi suallardan biri isə budur: Gənclər və İdman Nazirliyinin balansında olması gərəkən inzibati bina necə kommersiya obyektinə çevrilib? Bu cür hadisənin baş verməsi birbaşa qanunsuz özəlləşdirmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai əhəmiyyətli dövlət əmlakının talanı kimi qiymətləndirilə bilər.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyindən, İmişli Rayon İcra Hakimiyyətindən, eləcə də Dövlət Əmlak Komitəsindən rəsmi mövqe tələb edən sorğu hazırlanacaq.

Media olaraq tələb edirik:

- Gənclər Mərkəzinin hüquqi statusu açıqlansın;
- Ərazidə aparılan söküntü və tikinti işlərinə icazə verən şəxslər müəyyən edilsin;
- Dövlət əmlakının şəxsi kommersiya maraqları üçün istifadəsinə yol verən məmurlar barəsində tədbir görülsün.

İctimaiyyətin bu tip hallara susması mümkün deyil – bu, təkcə bir binanın yox, gənclərin gələcəyinin zəbtidir.

PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Hacı Ceyhun Əliyev – “Ağ Çiçəyim” Gül Salonları Şəbəkəsinin Məsul və Vətənpərvər Rəhbəri Hacı Ceyhun Əliyev – “Ağ Çiçəyim” Gül Salonları Şəbəkəsinin Məsul və Vətənpərvər Rəhbəri Gündəm / Sosial Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Gündəm / Sosial Belçikanın Qrutus sarayı yenidən öz qapılarını ziyarətçilərə açıb Belçikanın Qrutus sarayı yenidən öz qapılarını ziyarətçilərə açıb Gündəm / Dünya Aqiyə Naxçıvanlı: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında böyük rol oynayır” Aqiyə Naxçıvanlı: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında böyük rol oynayır” Siyasət
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova