4-02-2026, 12:28 Oxunub: 215

“İran PUA-sı vurulmadan əvvəl bütün məlumatları ötürüb”


“ABŞ-nin vurduğunu bildirdiyi “Şahid-129” tipli pilotsuz uçuş aparatı (PUA) beynəlxalq sularda mütəmadi və qanuni kəşfiyyat missiyası yerinə yetirirdi”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” adı açıqlanmayan hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Şahid-129” PUA ilə əlaqə beynəlxalq sularda adi və qanuni kəşfiyyat uçuşu zamanı kəsilib. PUA missiya ərzində əldə etdiyi görüntüləri bazaya uğurla ötürüb.

Məlumata əsasən, rabitənin kəsilməsinin səbəbləri ilə bağlı araşdırma aparılır və əlavə detalların daha sonra açıqlanacağı qeyd olunub.

Qeyd edək ki, ABŞ Oman körfəzində İrana məxsus pilotsuz uçuş aparatını vurduğunu bəyan edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Oman körfəzində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sı zərərsizləşdirilib.

Türkiyə növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır - Yeni PUA gəlir... Türkiyə növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır - Yeni PUA gəlir... Dünya PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Prezident aparatı ləğv olunacaq? - Politoloqlar şərh edir Prezident aparatı ləğv olunacaq? - Politoloqlar şərh edir Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN Gündəm / Maraqlı