7-02-2026, 10:11 Oxunub: 258

Bakıda təhsil ocağında daha bir hadisə - Şagird xəstəxanalıq oldu


Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi yıxılaraq ağır xəsarət alıb.

O, dərhal xəstaxanaya yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - deyə əlavə edilib.

Məktəbdən isə bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.

Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb”.

Xatırladaq ki, səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi 29 yaşlı xanım müəllimi ov tüfəngi ilə güllələyib.

***

Əldə etdiyimiz məlumata görə, həmin şagird Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının övladıdır.

Hadisə ilə bağlı Ramil Osmanlı ilə əlaqə saxladıq.

O bildirdi ki, övladının müalicəsi davam etdirilir:

“Vəziyyəti stabildir. Digər məsələlər barədə hazırda deyə biləcəyim əlavə bir məlumat yoxdur”.

Bəsti Məmməd

PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib Gündəm İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət Şəmkirdə Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin yeni binasının açılışı olub Şəmkirdə Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin yeni binasının açılışı olub Gündəm / Sosial Xurma yığırdı, xəstəxanalıq oldu Xurma yığırdı, xəstəxanalıq oldu Gündəm / Bölgə
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov