21-02-2026, 15:19 Oxunub: 233

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış


Almaniya və İsveç hökumətləri İranda yaşayan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmələri ilə bağlı çağırış ediblər.

“Qafqazinfo” xəbər verir ki, İranda artan gərginlik fonunda Almaniyanın Tehrandakı səfirliyi sosial media hesabında “İrandakı alman vətəndaşlarına ölkəni tərk etmək üçün daha bir təcili çağırış” başlıqlı açıqlama yayıb.

Bildirilib ki, həm ölkə daxilində, həm də regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır.

Açıqlamada təhlükəsizlik şəraitinin daha da pisləşə biləcəyi və hərbi toqquşma ehtimalının istisna olunmadığı vurğulanıb. Bu səbəbdən Almaniya vətəndaşlarına İranı tərk etmələri ilə bağlı çağırışın yenidən edildiyi qeyd olunub.

Eyni zamanda, bəyanatda bildirilib ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə Almaniya Xarici İşlər Nazirliyi və Tehrandakı səfirlik vətəndaşlara ölkəni tərk etmək üçün “demək olar ki, heç bir dəstək” göstərə bilməyəcək. Alman vətəndaşlarına mövcud bütün nəqliyyat imkanlarından istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunub.

İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard isə “X” sosial media platformasındakı paylaşımında İsveç Xarici İşlər Nazirliyinin İrana səfər etməmək barədə tövsiyələrinin qüvvədə olduğunu xatırladıb.

Nazir İranda olan İsveç vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı çağırışını təkrarlayaraq, hazırda İranı hava və quru yolu ilə tərk etməyin mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, İsveç vətəndaşları imkan yarandığı anda İranı tərk etməli və gözləməməlidirlər. Stenerqard vurğulayıb ki, İranda qalmaq qərarı verən şəxslər böyük məsuliyyət daşıyırlar və hazırkı mərhələdə Xarici İşlər Nazirliyi təxliyə ilə bağlı yardım göstərə bilməyəcək.

ABŞ İrandakı vətəndaşlarına çağırış etdi: "Ölkəni dərhal tərk edin" ABŞ İrandakı vətəndaşlarına çağırış etdi: "Ölkəni dərhal tərk edin" Gündəm / Dünya “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN Gündəm / Maraqlı PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov