16-03-2026, 12:01 Oxunub: 267

Şamaxıda “44 gün - Tarixi zəfər” kitabının təqdimatı keçirildi


Şamaxıda Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən hazırlanmış “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin təqdimatını keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, martın 13-də təqdimatı keçirilən bu cildlərdə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, eləcə də rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı Tahir Məmmədov, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Vətən müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Hacı Arif Vəliyev, şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev, şəhid Yalçın Rəhimovun atası Elçin Rəhimov şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərildiyini vurğulayaraq şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar və təqdimatı keçirilən xatirə kitabının ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildiriblər.

Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan kitabda bəhs olunan şəhidlərdən biri haqqında film nümayiş olunub. Tədbirin sonunda şəhid ailələrinə xatirə kitabları təqdim olunub.


                                                

                                               

                                                

                                                   









Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Gündəm / Sosial Beynəlxalq Gənclər Günü münasibətilə “YouthLand23” tədbiri keçirilib Beynəlxalq Gənclər Günü münasibətilə “YouthLand23” tədbiri keçirilib Gündəm / Sosial QƏHRƏMANLAR ÖLMÜR QƏHRƏMANLAR ÖLMÜR Gündəm Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Gündəm / Sosial
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova