18-03-2026, 11:08 Oxunub: 248

Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA


Son günlər qəbiristanlıqlarda məzar yerlərinin ödənişli əsasla satılması məsələsi yenidən gündəmə gəlib.

 

Yaxınları vəfat edən vətəndaşlar qeyd edirlər ki, qəbiristanlıqlara üz tutduqda məzar yerləri müxtəlif məbləğlər qarşılığında satışa çıxarılır. 

 

Onlar bildirirlər ki, məzar yerlərinin qiymətləri ərazilərdən asılı olaraq 250 manatdan 10 min manata qədər dəyişir.

 

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır:

 

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qəbiristanlıqların salınması, idarə olunması və bu sahədə xidmətlərin təşkili ilə bağlı məsələlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən, ölkə ərazisində qəbiristanlıqların salınması, idarə olunması, mühafizəsi, zərurət yarandıqda köçürülməsi, eləcə də bağlı elan edilməsi ilə bağlı tələblər və prosedurlar müəyyən edilib. Həmin normativ-hüquqi aktın tələblərinə uyğun olaraq, qəbiristanlıqların idarə olunması və bu sahədə xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətlərinə aid edilib. Qərara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, respublikamızda olan və ya yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

 

Eyni zamanda bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikanın bəzi ərazilərində məzar yerlərinin vətəndaşlara ödəniş müqabilində ayrılması barədə məlumatların cəmiyyətdə doğurduğu haqlı narahatlığı bölüşür. Hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır", - cavabda vurğulanıb.

Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat... Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat... Sosial Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Gündəm / Sosial “Media haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı “Media haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Siyasət
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova