18-03-2026, 12:13 Oxunub: 245

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL


Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 60 vəzifə ləğv edilib.

 

Həmin vəzifələrdə çalışanlardan 6 nəfər icra hakimiyyətində müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsizdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

 

Məlumata görə, vəzifəsini itirənlərdən 52 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. 8 nəfər isə Ağdam Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

 

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı , Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar - SİYAHI Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar - SİYAHI Gündəm / Sosial İşçi ixtisar olunarkən onun kompensasiya ödənişi necə hesablanmalıdır? - AÇIQLAMA İşçi ixtisar olunarkən onun kompensasiya ödənişi necə hesablanmalıdır? - AÇIQLAMA Gündəm / Sosial PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Sumqayıt İcra Hakimiyyətinin daha 2 vəzifəli şəxsi işini itirdi Sumqayıt İcra Hakimiyyətinin daha 2 vəzifəli şəxsi işini itirdi Gündəm Uğurlu islahatlar uğurlu kadrlarla reallaşar - ŞƏRH Uğurlu islahatlar uğurlu kadrlarla reallaşar - ŞƏRH Gündəm
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova