18-03-2026, 13:08 Oxunub: 286

Xalq yazıçısı Mövlud Süleymanlının DOĞUM GÜNÜDÜR


Bu gün Xalq yazıçısı, tanınmış nasir, dramaturq və ssenarist Mövlud Süleymanlının doğum günüdür.

 

Oxu.Az xatırladır ki, Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistanın Kalinino rayonunun Qızıl Şərq kəndində dünyaya gəlib.

 

O, Azərbaycan nəsrində özünəməxsus üslubu və kənd həyatını, insan talelərini dərin bədii boyalarla təsvir etməsi ilə seçilən müəlliflərdən biridir.

 

Mövlud Süleymanlı 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətlə yanaşı, uzun illər müxtəlif mətbuat və media qurumlarında çalışaraq Azərbaycan mədəni həyatında fəal rol oynayıb.

 

Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (AzTV) ədəbi-dram redaksiyasında redaktor kimi başlayan yazıçı sonradan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenarist kimi fəaliyyət göstərib. Daha sonra "Ulduz" və "Azərbaycan" jurnallarında nəsr şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

1992-2009-cu illərdə isə AzTV-nin radio üzrə sədr müavini olub.

 

Yazıçının ədəbi yaradıcılığa gəlişi 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunan "Əllərim" adlı ilk şeiri ilə başlayıb. Sonrakı illərdə onun qələmindən çıxan əsərlər Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Yazıçı "Köç", "Şəhər toylarının səsi", "Səs", "Dəyirman" kimi kitabların müəllifidir. Bu əsərlərdə əsasən insan taleyi, kənd həyatının reallıqları, mənəvi dəyərlər və cəmiyyətin sosial problemləri bədii şəkildə əksini tapır.

 

Xalq yazıçısı Mövlud Süleymanlının DOĞUM GÜNÜDÜR

 

Mövlud Süleymanlının yaradıcılığı müxtəlif mükafatlarla qiymətləndirilib. O, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Rus dilində Moskvada nəşr olunan "Çoban İbrahim və velosiped" kitabına görə Maksim Qorki adına Ümumittifaq ədəbi müsabiqəsinin laureatı olub. Yazıçı, həmçinin "Qızıl sünbül", "Araz" ədəbi mükafatları və Türkiyədə təqdim edilən "ANASAM ödül belgesi" ilə təltif edilib.

 

Onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Mövlud Süleymanlı 2003-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2006-cı ildə isə "Xalq yazıçısı" adına layiq görülüb. 2018-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.

 

Mövlud Süleymanlı 2024-cü il fevralın 21-də vəfat edib və Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Gündəm PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verildi - SİYAHI Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verildi - SİYAHI Mədəniyyət
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova