24-03-2026, 17:11 Oxunub: 268

Mauro Vieyra Braziliya vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib


Braziliyanın xarici işlər naziri Mauro Vieyra azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Braziliya arasında ikitərəfli əməkdaşlıq məsələləri, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.

 

Tərəflər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və onun çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.

 

Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.

 

Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.

 

Braziliyalı nazir, həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər Gündəm PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı Gündəm / Dünya XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir” XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir” Gündəm
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova