7-04-2026, 19:36 Oxunub: 2105

Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?

Son günlər Azərbaycanda müşahidə olunan intensiv yağışlar bir daha göstərdi ki, təbiət hadisələrinə qarşı hazırlıqsızlıq ciddi fəsadlara yol açır. Xüsusilə həyət evlərinin su altında qalması, infrastrukturların iflic vəziyyətə düşməsi artıq adi hala çevrilməkdədir. Lakin baş verənlərin içərisində ən ağrılı və cəmiyyət üçün ən həssas məqamlardan biri qəbiristanlıqların su basmasıdır. Bu, sadəcə texniki problem deyil – bu, həm də mənəvi dəyərlərə, milli və dini ənənələrə qarşı laqeydliyin göstəricisidir.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda yaranmış vəziyyət isə xüsusilə narahatlıq doğurur. Yağışların başlamasından günlər keçməsinə baxmayaraq, həmin ərazidə qəbirlərin hələ də suyun altında qalması ciddi suallar yaradır. Digər ərazilərdə operativ tədbirlər görüldüyü halda, burada vəziyyətin dəyişməməsi artıq təsadüf kimi deyil, açıq-aşkar səhlənkarlıq kimi qiymətləndirilməlidir.

Aidiyyəti qurumların bəzi ərazilərdə cəld hərəkətə keçərək suyun çəkilməsi, drenaj sistemlərinin işlək vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görməsi təqdirəlayiqdir. Lakin bu yanaşmanın selektiv xarakter daşıması, yəni bəzi ərazilərdə operativlik göstərilib, digərlərində isə susqunluğun hökm sürməsi ciddi narazılıq yaradır. Mehdiabad qəbiristanlığı ilə bağlı vəziyyət bunun bariz nümunəsidir.

Abşeron Rayon İcra Hakimiyyəti və Mehdiabad Bələdiyyəsinin bu məsələdə susqun qalması, heç bir konkret addım atmaması isə daha da düşündürücüdür. Xüsusilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Mehdiabad Bələdiyyəsinin sədri Vüqar Hüseynov tərəfindən vəziyyətə aydınlıq gətirilməməsi və operativ tədbirlərin görülməməsi ictimai narazılığı daha da artırır. Sual yaranır: görəsən bu qurumlar vəziyyətdən xəbərsizdir, yoxsa məsuliyyətdən yayınmağa çalışırlar? Əgər məlumatlı deyillərsə, bu, idarəetmədə ciddi boşluğun göstəricisidir. Yox əgər məlumatlı olub tədbir görmürlərsə, bu, daha ağır – vətəndaşa və cəmiyyətə qarşı etinasızlıqdır.

Digər bir mühüm məsələ isə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mövqeyidir. Qəbiristanlıqların saxlanılması və idarə olunması ilə bağlı müəyyən səlahiyyətlərə malik olan bu qurumun Mehdiabad qəbiristanlığında baş verənlərdən xəbərdar olub-olmaması da sual altındadır. Əgər xəbərdardırsa, niyə müdaxilə etmir? Əgər xəbərsizdirsə, bu, informasiya axınının düzgün qurulmadığını göstərir.

Unutmaq olmaz ki, qəbiristanlıqlar sadəcə torpaq sahəsi deyil. Bu yerlər insanların yaxınlarının xatirəsini yaşatdığı, mənəvi bağlarını qoruduğu müqəddəs məkanlardır. Qəbirlərin su altında qalması isə yalnız fiziki problem deyil, həm də insanların hisslərinə toxunan, cəmiyyətdə haqlı narazılıq yaradan bir hadisədir. Belə məsələlərə laqeyd yanaşmaq dövlət-vətəndaş münasibətlərinə də mənfi təsir göstərir.

Bu gün Mehdiabadda yaşananlar bir daha sübut edir ki, bəzi yerli qurumlar yalnız fövqəladə vəziyyətlər zamanı deyil, ümumiyyətlə, gündəlik fəaliyyətlərində də ciddi məsuliyyət çatışmazlığı ilə üz-üzədirlər. Əgər vaxtında drenaj sistemləri qurulsaydı, əraziyə nəzarət güclü olsaydı, bu cür problemlər ya ümumiyyətlə baş verməzdi, ya da qısa müddətdə aradan qaldırılardı.

Vətəndaşlar haqlı olaraq sual edir: niyə bəzi ərazilərdə dərhal texnika cəlb olunur, su çəkilir, amma Mehdiabadda günlərlə gözləmə mövqeyi tutulur? Bu fərqli yanaşmanın səbəbi nədir? Bu suallar cavabsız qaldıqca narazılıq daha da artır.

Aydındır ki, hər bir təbii fəlakətin qarşısını tam almaq mümkün deyil. Lakin onun nəticələrini minimuma endirmək, operativ reaksiya vermək dövlət qurumlarının birbaşa vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməməsi isə artıq sadəcə səhlənkarlıq deyil, məsuliyyətsizlikdir.

Ümid edirik ki, ictimaiyyətin haqlı narazılığı nəzərə alınacaq və aidiyyəti qurumlar gec də olsa hərəkətə keçəcəklər. Mehdiabad qəbiristanlığında suyun çəkilməsi, ərazinin bərpası və gələcəkdə belə halların təkrarlanmaması üçün konkret tədbirlər planı hazırlanmalıdır. Əks halda, bu cür hadisələr təkrarlanacaq və vətəndaşların dövlət qurumlarına olan etimadı daha da sarsılacaq.

Bu məsələ artıq sadəcə bir ərazinin problemi deyil – bu, ümumi idarəetmə və məsuliyyət məsələsidir. Qəbirlərin su altında qalması isə bu məsuliyyətsizliyin ən acı simvoluna çevrilib.

Adıçəkilənlərin mövqeyini tanıyırıq.

 

Heqiqixeber.az

 


PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Gündəm Novxanı və Mehdiabad sakinlərinə şad xəbər-RƏSMİ AÇIQLAMA Novxanı və Mehdiabad sakinlərinə şad xəbər-RƏSMİ AÇIQLAMA Gündəm / Mədəniyyət Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı Gündəm / Sosial Qaynına arxalanan bələdiyyə... Qaynına arxalanan bələdiyyə... Gündəm / Sosial
XƏBƏR LENTİ
20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi 18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118