İdman
ÇOX OXUNANLAR
21-10-2019, 13:42 Oxunub: 2401
Novxanı və Mehdiabad sakinlərinə şad xəbər-RƏSMİ AÇIQLAMA

Abşeron rayonunun Novxanı və Mehdiabad kəndlərini birləşdirən yolun istifadəyə yararsız olduğu ilə bağlı Sonxeber.az saytına şikayət daxil olub. Belə ki, Çingiz Əliyev adlı şəxs şikayət edərək bildirib ki, sözügedən ərazinin yolları 5 ildir ki, bərbad haldadır:
"2 km-lik yolda nə maşın sürmək mümkündür, nə də piyada getmək. Bir az yağış yağan kimi ümumiyyətlə hərəkət etmək mümkünsüz olur. Bu 5 ildə bir dəfə əhali toplaşıb yolu təmir etdi. Lakin yenidən eyni vəziyyətə düşüb. Dəfələrlə müraciətlər etsək də, şikayətlərimizə cavab verən olmayıb. Sonuncu dəfə Abşeron Rayon İcra Hakimiyyətinə 5 ay öncə müraciət etdik. Amma bu məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh olduğunu bildirdilər".
Sözügedən problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, məsələ ilə bağlı adiyyatı qurumlara müraciət olunub:
"Hazırda Abşeron rayonunun Novxanı və Mehdiabad kəndlərini birləşdirən yolun yenidən təmir olunması və asfalt örtüyünün təzələnməsi ilə əlaqədar olaraq rayon icra hakimiyyəti tərəfindən müvafiq işlər görülür.Yaxın müddətdə həmin yola yeni asfalt örtüyünün vurulması ilə bağlı işlərə başlanılacaq".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







