9-04-2026, 16:33 Oxunub: 2127

Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi


Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.


   

APA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə Y. Əməşova general-mayor ali hərbi rütbəsi verilib.

 

   


       

   

Qeyd edək ki, Yaşar Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

   


       

   

Yaşar Əməşov 8 may 2020-ci il tarixdə Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilmişdi.

   


       

 

   

İnformasiya təhlükəsizliyi sahəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olur və bu sahədə bir çox elmi məqalənin müəllifidir.

   


       

   

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib.

   


       

   

Evlidir, üç övladı var.

 

13.50


   

Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunub.


   

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.

MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Polad Həşimovun şəhadətə ucalmasından üç il ötür Polad Həşimovun şəhadətə ucalmasından üç il ötür Sosial
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov