İdman
ÇOX OXUNANLAR
10-10-2019, 14:57 Oxunub: 2374
Mübariz İbrahimovu təhqir edən psixoloqun günahı sübuta yetirildi

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.
"Ölkə.Az" bizimyol.info-ya istinadən xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib.
Həmin rəy həm Nərmin Şahmarzadənin özünə də göndərilib, Ş.İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmova da təqdim olunub.
"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır",- deyə rəydə yazılıb.
Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.
Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Çünki ortada rəy var ki, Milli Qəhrəman təhqir olunub".
Ş.İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini - həbs olunmasını istəyir.
N.Şahmarzadə isə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, ötən il dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb.
Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. Onun meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







