13-05-2026, 18:14 Oxunub: 292

Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub

Ölkəmizdə rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın “Bambino Gesu” Pediatriya Xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.

    Xəstəxananın prezidenti, professor Titsiano Onestinin rəhbərlik etdiyi və tərkibində Səhiyyə direktoru Massimiliano Raponi, Metabolik Xəstəliklər üzrə Klinik və Tədqiqat Bölməsinin rəhbəri Karlo Dionisi Viçi, Beynəlxalq Fəaliyyətlər rəhbəri Sandro Kristaldinin yer aldığı heyət ilə ATU-da görüş keçirilib.

   Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli vatikanlı qonaqlara ölkəmizdə səhiyyə sisteminin davamlı inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar, həyata keçirilən mühüm layihələr haqda məlumat verib.

   Səhiyyə sahəsində, xüsusən pediatriya üzrə qlobal əməkdaşlıqdan da danışan rektor beynəlxalq əlaqələrin ölkələrin səhiyyə sistemlərinin sürətli inkişafının təmin olunması, eyni zamanda müasir tibbi biliklərin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını, ATU-nun da belə əlaqələrin qurulmasına hər zaman maraq göstərdiyini diqqətə çatdırıb.

   “Bambino Gesu” Xəstəxanasının prezidenti, professor Titsiano Onesti də səfərin məqsədindən söz açaraq, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini, eyni zamanda Azərbaycan, o cümlədən ATU ilə pediatriya sahəsində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

   Daha sonra qonaqlar Azərbaycan Tibb Universitetinin yaranma tarixi və fəaliyyət sahələrini əks etdirən təqdimat videosunu izləyiblər.

    Ardınca Səhiyyə direktoru Massimiliano Raponi “Bambino Gesu”nun ümumi fəaliyyəti, akademik muhit  və elmi-tibbi araşdırma istiqamətləri,  Beynəlxalq Fəaliyyətlər rəhbəri Sandro Kristaldi isə xəstəxananın yaranma tarixi və inkişaf mərhələləri, həmçinin beynəlxalq əməkdaşlıq üzrə geniş təqdimatla çıxış edib.

   Metabolik Xəstəliklər üzrə Klinik və Tədqiqat Bölməsinin rəhbəri Karlo Dionisi Viçi isə təqdimatında metabolik xəstəliklər, diaqnoz və müalicə yolları ilə yanaşı, Azərbaycanla əməkdaşlıq imkanları və əlaqələrin daha da dərinləşdirilməsi üçün İtaliya tərəfinin təklifləri barədə ətraflı məlumat verib.

   Qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən əməkdaşlıq perspektivlərinin istiqamətləri üzrə geniş fikir mübadiləsindən sonra vatikanlı qonaqlar universitetin Tədris Cərrahiyə klinikasını ziyarət edərək, Neonatologiya şöbəsində yaradılan mövcud şəraitlə yaxından tanış olublar.


İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib - YENİLƏNİB İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib - YENİLƏNİB Gündəm Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür Gündəm Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim