İdman
ÇOX OXUNANLAR
23-10-2019, 14:10 Oxunub: 2516
Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı

Tez-tez sosial şəbəkələrdə istehlakçılar müxtəlif marketlərdə satılan konfetlərin və ya şokoladların içərisindən qurd çıxması, keyfiyyətinin qaneedici olmaması, eləcə də son istifadə müddətinin qeyd olunmaması ilə əlaqədar çoxlu şikayətlər səsləndirilir.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida üzrə ekspert İsa Əliyev bildirib ki, istifadə müddəti bildirilməyən heç bir məhsulu almaq olmaz:
“Bütün qidaların istifadə müddəti üzərində qeyd olunmalıdır. Bizim istehlakçılardan xahişimiz odur ki, aldıqları məhsulun etiketini mütləq yoxlasınlar, son istifadə müddəti varmı, yoxmu? Yoxdursa, mütləq market işçilərinə irad bildirsinlər, tələb etsinlər. Məhsulun son istifadə müddəti mütləq bildirilməlidir”.
Ekspert həmçinin, düzgün qablaşdırılmayan və ya açıq şəkildə satılan şirniyyatların da təhlükə saçdığını bildirib:
"Bir çox məhsullarda, o cümlədən qənnadı və konfetlərdə paketlənmə çox vacibdir. Çünki şirniyyat məhsullarının bir çoxunun tərkibində bitki yağlarından istifadə olunduğu üçün istiyə qarşı həssaslığı var. Bu qayda nəinki qənnadı, digər məhsullar üçün də keçərlidir. Məsələn çörək, müxtəlif un məmulatları və s. Həmçinin açıq şəkildə satılan bu məhsullarda kamtaminasiya problemi də ola bilər. Yəni açıq şəkildə satılan məhsulların içinə toz da daxil ola bilər. Belə məhsulları daha çox, mənşəyi bəlli olmayan, dövlət qeydiyyatından keçməyən firmalar istehsal edir. Belə firmalar ekonomik seqmentə uyğun, yəni ucuz məhsullar istehsal edirlər. Bunun da qarşısını ala biləcək yeganə qurum AQTA-dır. Artıq AQTA-nın ani reydləri mövcuddur. Bu reydləri keçirib, onlar bu məhsullardan nümunə götürərək, öz labarotoriyalarında analiz edə bilərlər. Əlbəttə ki, istehsalçı firmanı da tapmaq çətin məsələ deyil, əgər market bunu satırsa, kimdən aldığı da bəllidir. Həmin firmaları tapıb, cərimələyə bilərlər. Bir qida mütəxəssisi kimi bildirirəm ki, açıq şəkildə satılan heç bir məhsulu almaq düzgün deyil, onların insan sağlamlığına böyük zərərləri ola bilər".(“Yeni Sabah”)
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







