İdman
ÇOX OXUNANLAR
25-10-2019, 13:06 Oxunub: 2377
Yeni mövsümdə teatrlarımızda hansı PREMYARALAR OLACAQ? — ARAŞDIRMA

Payızın gəlişi ilə teatrlarda öz pərdələrini tamaşaçıların üzünə açaraq, yeni premyeralarla onları sevindirir. Bəs, yeni mövsümə tetarlar necə hazırlaşır, tamaşaçılar maraqlı premyeraları seyr etmək üçün hansı teatrlara üz tutsun?
“Ölkə.Az” olaraq, bu məsələ ilə bağlı kiçik araşdırma aparıb, premyeralarla maraqlandıq.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, bu mövsüm Cəlil Məmmədquluzadənin ''Dəli yığıncağı''nın premyerası keçirilib. Mətbuat katibinin sözlərinə görə, növbəti aylarda yeni premyeraların da olacağı istisna deyil.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, teatrın 110 cu mövsümü zəngin olacaq. Repertuarda olan tamaşalardan başqa 6 tamaşa üzərində yaradıcılıq işləri aparılır.
Teatrda hazırda rejissor Samir Qulamovun quruluşunda Vüktor Hüqonun ''Paris Notr-Dam kilsəsinə ithaf'' tamaşasının məşqləri gedir. Yeni mövsümdə retro tamaşalarını sevən tamaşaçılar üçün musiqisi Səid Rüstəmov, libretto Məmməd Səid Ordubadiyə məxsus olan ''Beş manatlıq gəlin'' komediyası hazırlanır. Tamaşaya əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin ''Avtobus" pyesi' əsasında "Çarəsiz sərnişinlər" əsərini, rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin ''Mən, nənəm, İliko və İllarion'' tamaşasını hazırlayır.
Qeyd edək ki, yeni mövsümdə Akademik musiqili teatrda xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, oktyabrda Afaq Bəşirqızının iştirakı ilə ''İstintaq'' tamaşası hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəm, bəstəkarı Ceyhun Allahverdiyev, libretto müəllifi Pərviz Seyidlidir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrından bizə yeni mövsümdəki tamaşaları haqda məlumatı teatrın mətbuat katibi Pərvin Nurəliyeva verib. Yeni mövsümdə ərəb xalq nağılları motivləri əsasında ''Sindbad'' tamaşasının premyerası olub. Hazırda Cəfər Cabbarlının ''Oqtay Eloğlu'' əsərinə Xalq artisti Vaqif Əsədov quruluş verir. İngilis xalq nağılları motivləri əsasında ''Şən ev və cadugər'' tamaşasına Ayla Osmanova quruluş verir, Mirzə Cəlilin ''Dəli yığıncağı əsərini isə Xalq artisti Cənnət Səlimova hazırlayır. Həmçinin Ayla Osmanovanın quruluş verdiyi ''Mən öləndə ağlama'' tamaşası Qırğızıstanın Oş şəhərində keçirilən türk dilli ölkələrin teatr festivalından çox böyük uğurlarla qayıdıb.
Qeyd edək ki, Gənc Tamaşaçılar teatrının keçən mövsümü də zəngin olub. Səkkiz premyera olub. Bunların içində uşaqlar üçün də tamaşalar göstərilib. Xalq artisti Ağaxan Salmanovun ssenasiri əsasında Azərbaycan teatr tarixində ilk dəfə uşaqlar teatrın kulisi ilə tanış olublar.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının premyeraları haqda bizə teatrın baş rejissoru Qurban Məsimov məlumat verib. Teatrda Zülfüqar Əhmədzadənin ''Yeddi nar çubuğu'' pyesi əsasında eyni adlı tamaşa hazırlanır. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rejissoru Qurban Mənsimovdur. ''Dədə Qorqud'' dastanı əsasında hazırlanan ''Adını qazanan oğlan'' tamaşasını isə Anar Məmmədov təqdim edəcək. Eyni zamanda Puşkinin "Qızıl balıq" əsəri əsasında eyniadlı tamaşa da balaca tamaşaçıların ixtiyarında olacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrından bildirildi ki, yeni mövsüm premyeralarının siyahısı noyabr ayında hazır olacaq.
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









