İdman
ÇOX OXUNANLAR
26-10-2019, 12:13 Oxunub: 2370
Türkiyə ABŞ-a nota verdi

"Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsi üçün müvafiq addımları atacağıq”.
Axeber.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Ölkəsinin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan nazir bildirib ki, bu gün Türkiyədə 3 milyondan çox suriyalı qaçqın var: "Onların təhlükəsiz şəraitdə torpaqlarına qayıtmaları üçün lazımı işlər həyata keçiriləcək. Biz Suriyanın ərazi bütövlüyü ilə bağlı təhlükəli oyunu pozduq. Bu baxımdan "Barış bulağı” hərəkatı uğurlu oldu”.
Türkiyə XİN başçısı qeyd edib ki, axtarışda olan Mazlum Kobani (Fərhad Abdi Şahin və ya Şahin Cilo) ilə görüşün keçirilməsi qəbuledilməzdir: "Bununla bağlı ABŞ-a nota verilib. Mazlum Kobani terrorçudur. Müttəfiqlərimizin axtarışda olan terrorçu ilə görüşməsi qəbuledilməzdir. Bizim üçün PKK, YPG, İŞİD, FETÖ hamısı terror təşkilatlarıdır”.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







