İdman
ÇOX OXUNANLAR
31-10-2019, 18:34 Oxunub: 2282
"Vətənpərvər gənclər sosial şəbəkələrdə trolların çağırışını faktlarla ifşa edirlər"- Millət vəkili
Xəbər verdiyimiz kimi, Milli Şuranın mitinqinin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Radikal müxalifət sosial şəbəkələrdə saxta profillərlə gəncləri aksiyaya çağırırılar.Bununla bağlı Sonxeber.az-a danışan deputat Tahir Rzayev bildirib ki, gənclərimiz onları mitinqə çağıranların keçmişinə nəzər salıb öyrənməlidirlər ki, onlar hansı işlərlə məşğul olub, ölkəmizin başına hansı müsibətləri gətiriblər:
"Gərək gənclərimiz boylanıb dünənə baxsınlar. Çünki keçmişini yada salmayan insan gələcəyini inkişaf etdirə bilməz. Görsünlər ki, bu insanlar işləməyə-işləməyə bu qədər pulu hardan qazanırlar?! Bunları kimlər maliyyələşdirir? Bu ixtişaşlar bizə nə verir, onları aksiyaya dəvət edənlərin məqsədləri nələrdir. Ağıllı gənclər bu insanların arxasınca getməz. Ona görə də gənclərə hər zaman məsləhət verirəm ki, kiminsə arxasınca gedəndə onun keçmişinə baxın. Görün, onun əqidəsi nədir. Elə insanın arxasınca getmək lazımdır ki, o dövlətinə, xalqına bir töhfə versin. Bu insanlar əvvəldən müftəxorluqla, ondan-bundan pul almaqla özlərini dolandırıblar".
Deputat qeyd edib ki, gənclərimiz fikirləşməlidir ki, onların arxasınca getsə nə qazanacaq: "Biz ağsaqqallar, ziyalılar gənclərimizə keçmişdə yaşadığımız çətinlikləri göstərməliyik. Bu ixtişaşlar, mitinq və küçə yürüşləri bizim evimizi yıxdı. Torpaqlarımız işğal olundu. Aclığa düçar olduq. Vətəndaş qarşıdurmaları baş verdi. Qardaş qardaşa güllə atdı. O dövrdə nə qədər insan şəhid oldu. Bütün bunlar bu qarşıdurmaların nəticəsi idi. Bizim qəbul edilən qanunlarımız var. Yaşından asılı olmayaraq hər kəs bu qanunlara riayət etməldir. Cavanlar televizyalarda baxıb görmürlər ki, xaricdə küçədə qanunsuz aksiya keçirənləri nə günə qoyurlar?! Gənclərimiz bilməlidir ki, küçədə qışqırıb aksiya etməklə insanların rahatlığı və istirahəti pozulur. Mitinq və nümayişlər elə bir yerlərdə olmalıdır ki, insanların rahatlığı və istirahəti pozulmasın. Hər kəs istəyir ki, rahat və təhlükəsiz şəkildə ünvan başına çatsın. Gənclərimizə məsləhət görürəm ki, qanunsuz aksiyalar keçirməsin. Çünki dövlətimiz qanunla idarə olunur. Vətənpərvər gənclərimiz sosial şəbəkələrdə aktiv olub, bu cür çağırışların nəyə xidmət etdiyini sübutlarla həmyaşıdlarına göstərməlidir. Düzdür ,bir çoxları faktlarla sosial şəbəkələrdə insanları aksiyaya, mitinqə çağıranların cavablarını verirlər. Mən istərdim ki, vətənpərvər gənclərimiz fəaliyyətlərini daha da genişləndirsinlər. Onlar əyani faktlarla gənclərə göstərsinlər ki, 1990-1991-ci illərdə yaşayışımızı necə olmalıdır. Bu məsələdə mətbuat orqanlarımız və ziyalılıarımız da aktiv olmalıdır".
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







