7-11-2019, 10:38 Oxunub: 2375

Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI

Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI

“Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan tapşırıqlardan biri də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərin kateqoriyalarının genişləndirilməsi ilə bağlıdır”.

Lent.az -ın modern.az-a istinadla verdiyi xəbərə görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən sosial mənzil almaq hüququ olanların kateqoriyasının genişləndirilməsilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə işlər davam etdiriləcək:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli mənzillərin tikintisini təşkil etməkdir. Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, artıq güzəştli mənzillərdən də yararlanmaq hüququna da sahibdirlər”.

MİDA-dan bildirilib ki, dövlətin sosial siyasətinin davamı olaraq ölkə başçısının 13 iyul 2017-ci il və 21 iyul 2017-ci il tarixli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik edilib.

Güzəştlə mənzil almaq hüququna malik şəxslər aşağıdakılardır:

Gənc ailənin üzvü olan şəxslər

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.
Azərbaycanda 2021-ci ilə qədər 7 mindən çox ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq Azərbaycanda 2021-ci ilə qədər 7 mindən çox ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq Gündəm / Sosial Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM Gündəm / Siyasət Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ - Bu tarixdən... Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ - Bu tarixdən... Gündəm / Sosial MİDA-da 50 minlik oğurluq MİDA-da 50 minlik oğurluq Gündəm / Hadisə Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Gündəm / İqtisadiyyat
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim