İdman
ÇOX OXUNANLAR
7-11-2019, 15:12 Oxunub: 2363
"Neft sənayesi qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır"- Elçin Bayramlı

Bu gün "Neft Daşları"nın 70 illik yubileyidir. Azərbaycanda bu gün neftçilərin peşə bayramı kimi qeyd edilir.
"Altay" Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı SOCAR-ın Azərbaycan iqtisadiyyatındakı rolu ilə bağlı Sonxeber.az-a açıqlama verib.
O, bildirib ki, SOCAR Azərbaycanın ən böyük neft şirkətidir: "İqtisadiyyatımız neftin üzərində formalaşır. Dövlət büdcəsinin gəlirlərinin 70-90 faizi neftdən gəlir. Bu o deməkdir ki, bütün iqtisadiyyatımız, bütün sosial məsələlərin həlli, mədəniyyətin və elmin inkişafı neftdən gələn gəlirlərdən asılıdır. Hazırda neftin qiyməti optimaldır. 60 dollardan aşağı düşmür. Bu halda gəlirlərimiz artır. Dövlət həmin gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldir. Bu o deməkdir ki, neft sənayesi qeyri-neft sektorunun inkişafında da xüsusi rol oynayır. SOCAR dünyada tanınan neft şirkətidir. Qonşu ölkələrdə böyük bazar payı var və nüfuzu var. Türkiyə,Rumuniya, Rusiya, Ukraniya və Gürcüstanda müxtəlif layihələr həyata keçirərək, böyük investisiyalar qoyur. Həmin investisiyalardan Azərbaycan dövləti böyük gəlirlər əldə edəcək. Yəni, SOCAR qonşu ölkələrdə investisiya qoyub zavod və fabrik açır. Həmin fabrik və zavodlardan əldə edilən gəlir SOCAR vasitəsi ilə dövlət büdcəsinə köçürülür. Gələcək illərdə neftin pulları ilə müxtəlif ölkələrdə zavod və fabriklər açacağıq. Bir neçə ildən sonra neft azalanda həmin müəssisələrdən gəlir əldə edəcəyik. Bu həm xarici, həm də daxili investisiya deməkdir. Bir sözlə SOCAR Azərbaycan iqtisadiyyatının inkişafında böyük rola malikdir".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







