İdman
ÇOX OXUNANLAR
26-09-2019, 14:12 Oxunub: 2386
Uşaqlar niyə barmaq üstündə gəzirlər? – Təhlükə çox yaxındadır

Son zamanlar uşaqlar arasında pəncə, barmaq uclarında gəzmələr artıb. Bu bəzən müəyyən yaşdan sonra düzəlsə də, bəzi hallarda uşaqlarda vərdiş halına çevrilir.
Görəsən, bunun səbəbi nədir?
Oxu.Az-ın suallarını pediatr Günay Rəsulova cavablandırıb.
Onun sözlərinə görə, dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi “gəzdirici”lərdən qaynaqlanır:
“Təzə-təzə yeriməyə başlayan uşaqlarda bu funksional hal xəstəlik, qüsur kimi xarakterizə edilmir. Lakin bəzən bunun səbəbi valideynlərin uşaqları vaxtından erkən “gəzdirici”lərə qoyması olur. Uşaqların ayaqları tam olaraq yerə çatmadığından barmaq uclarında hərəkət edirlər, bu da onlarda vərdiş formasına çevrilir.
Təbii ki, bu ziyandır. Körpə uşaqların barmaq uclarında gəzməsi ilə “gəzdirici”yə qoyulan uşaqlarda yaranan problem arasında fərq var. Birinci məqam funksional olaraq müəyyən yaşdan sonra keçir, ikinci isə vərdiş formasında qala bilər. Məsləhətdir ki, uşaqları 10 ayından tez “gəzdirici”yə qoymasınlar. Dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi məhz “gəzdirici”lər səbəbindən olur”.
Pediatr onu da əlavə edib ki, valideynər uşaqlarda pəncənin formalaşma dövründə diqqətli olmalıdırlar:
“Uşaqlarda ilk üç yaş pəncənin formalaşma dövrü sayılır. Bəzən dəb, gözəl görünüş üçün valideynlər uşaqlara sərt, bəzəkli ayaqqabılar geyindirməkllə, səhvə yol verirlər. Biz həmin dövrdə uşaqlara yalnız yumşaq ayaqqabıların geyindirilməsini tövsiyə edirik. Sərt ayaqqabılar uşağın pəncəsini sıxır və normal formalaşmasına mane olur.
Bundan başqa, valideynlər 6-7 aylıq uşaqları ya əllərindən tutub gəzdirirlər, ya da “gəzdirici”yə qoyurlar. Bu zaman bədənin bütün ağırlığı ayaqların üzərinə düşür. Uşaqları vaxtından əvvəl yeritmək ayaqlarında əyriliyin yaranmasına gətirib çıxarır. Hər bir uşaq fərqlidir. Normal uşağın ən gec 1 yaş 5 ayına qədər yeriməsi normal hesab edilir”.
G.Rəsulova uşaqların ilk 3-4 aylıq olanda çanaq müayinəsinə gətirilməsinin vacibliyini vurğulayıb:
“Normalda bir çox uşaq yeriməyə başlayanda ayaqlarında x-vari, ovalvari əyriliklər müşahidə edilir. Lakin bu raxitlik və müxtəlif ortopedik problemlərdən fərqlənir. Bəzən bu əyrilik zamanla düzəlir. Amma bir qayda olaraq valideynlər uşaqları ilk 3-4 ayda çanaq müayinəsinə aparmalıdır.
Əgər uşaqda anadangəlmə çıxıq varsa, bunu erkən vaxtda müalicə ilə aradan qaldırmaq olur. Əks halda bu problem özünü axsaqlıq və hər hansı bir oynaq problemi ilə büruzə verəcək. Problemin gec aşkarlanması isə uşaqları cərrahi əməliyyatlara qədər aparıb çıxara bilər”.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







