İdman
ÇOX OXUNANLAR
26-09-2019, 15:51 Oxunub: 2339
“Dedi, sənə 35 milyon vermişik, bu nə mənasız oyundur oynayırsan” – Bayıldan videoreportaj

Ukraynalı jurnalisti Roman Bebex hazırda "Səbail”də oynayan Maykl Essyenlə müsahibə üçün Bakıya səfər edib.
Qol.az-ın məlumatına görə, Yutubdakı "Bombardir” kanalı üçün hazırlanan geniş reportajda Bayıl qəsəbəsindən fraqmentlərə də yer verilib. Bundan başqa, "Səbail” klubunun rəsmisi də reportajda fikirlərini bildirib. O deyib ki, Essyenin "Səbail”ə transferi sırf təsadüf nəticəsində alınıb. O, bu məsələnin Essyenin Bakıya səfəri zamanı yemək masası arxasındakı söhbət zamanı həll olunduğunu söyləyib. "Ona burda oynayarsanmı deyə fikrini soruşduq. O da müsbət cavab verdi” deyə klub rəsmisi Ramin Həsənov bildirib.
Reportajın gedişatında jurnalist və Essyen Bakının mərkəzi hissəsində gəzintiyə çıxıb, eləcə də bazarlardan birində alış-veriş də ediblər.
Essyen "Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı maraqlı dialoq haqda da danışıb:
"Qana millisinin düşərgəsindən qayıtmışdım. "Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan (gülür)”.
Müsahibədə "Səbail” klubunun fəaliyyəti barədə də danışılıb.
Reportaja aşağıdakı videoda baxa bilərsiniz
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







