İdman
ÇOX OXUNANLAR
15-11-2019, 17:08 Oxunub: 2389
Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədir - Endokrinoloji Mərkəz

"Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədirlər".
Qanunvekirminal.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərkən deyib.
Valideynlər arasında belə təfəkkürün formalaşmasına təəssüflənən B.Salek bu stiqmanın gənc nəslin sağlamlığına mənfi təsir etdiyini söyləyib:
"Valideynlər fikirləşirlər ki, kimsə onun övladının şəkərli diabet olduğunu bilsə, qızlarını almazlar və ya oğlanlarına qız verməzlər. Bu, səhv fikirdir. Elə xəstələrim olub ki, onlar şəkərli diabet olduğunu bildikdən sonra mənə deyiblər ki, bu barədə həyat yoldaşıma heç nə deməyin. Özlərinə gizlicə insulin vuran, bunu ailəsinə açıqlamayan cavan qadınlar var".
B.Salek əlavə edib ki, bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var: "Yəqin bir bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var. Çünki II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət bundan xəbərsiz olurlar. Ona görə də həmin xəstələr qeydiyyata düşmürlər".
B.Salek qeyd edib ki, hələ iki il əvvəl şəkərli diabeti olan uşaqların qeydiyyata alınmasına yardım göstərməsi məqsədilə Təhsil Nazirliyinə müraciət ediblər.
Məktəblərdə valideynlərin və müəllimlərin bu sahədə məlumatlı olması üçün Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra bu sahədə ciddi irəliləyiş əldə olunub.
Mərkəz rəsmisi bildirib ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb. Ölkə üzrə şəkərli diabeti olan uşaqların sayı 1800-dən artıqdır.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















