7-06-2021, 06:06 Oxunub: 72341

Əsgərlər üçün hazırlanan “D-IX” adlı dərman nə işə yarayırdı? - Nasistlərin qaranlıq və çılğın layihələri - FOTOLAR

Əsgərlər üçün hazırlanan

Şübhəsiz ki, nasistlər dünyanın ən fanatik qruplarından biridir, o qədər fanatikdirlər ki, sadəcə onlarla eyni fikirdə olmadığı üçün milyonlarla insanı öldürüblər.

Nasistlərin həyata keçirdikləri layihələr haqqında tarixdə bir çox faktlar var. Oxucular üçün hazırladığımız bu siyahıda nasistlərin həm düşmənləri, həm də öz xalqları üzərində apardıqları qorxunc layihələr haqqında məlumatlar yer alıb.

Televiziya kanalları vasitəsilə "beyin yuma” planları

İngilis yazıçısı Corc Oruellin 1984-cü ildə çap olunan distopik romanı ilə tanış olanlar üçün bu sistem heç də yad olmayacaq. Nasistlər fikirlərini təbliğ etmək üçün televiziya kanallarında istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. Bu mövzuda mühəndis Walter Bruchun təcrübəsindən istifadə etdilər. Bruch Nürnberqdən Berlinə qədər uzanan milli bir kabel televiziya sisteminin qurulmasını və ölkənin müxtəlif bölgələrində fasiləsiz olaraq nasist təbliğatının yayımlanmasını təklif etdi. Təklifdə planlaşdırdıqları cəmiyyətin ideal həyat tərzindən qətliam görüntülərinə qədər? bir çox görüntülər var idi. Lakin almanların gözlənilməz məğlubiyyəti nasistlərin bu planlarını məhv etdi.


Milad bayramı qadağası

Milad bayramını qeyd etməyi də hər şeyi məhv etməyə çalışdıqları kimi qadağan etməyə çalışan nasistlər ilk cəhdlərində uğursuz oldular. Xristianların çox olduğu alman cəmiyyətini Miladdan tamamilə ayıra bilməyəcəklərini başa düşdükdə, istəklərinə görə "B” planı formalaşdırmağa çalışdılar. İsa və Məryəmin fiqurlarını Arya fiqurlarına çevirdilər və Milad ağaclarını svastika ilə bəzəməyə başladılar. Əlbəttə ki, müharibədə nasistlər məğlub olduqdan sonra bütün bu qadağalar götürüldü.

12 Kasım'da meydana gelen 10 olay

Yəhudiləri Madaqaskara göndərmə planı

1940-cı ildə Fransa üzərində qazandıqları zəfərdən sonra nasistlər Almanların yaşayış sahələrini oğurladıqlarını düşündükləri üçün Avropa yəhudilərini Madaqaskara göndərməyi planlaşdırdılar. Kütləvi qətldən daha yaxşı bir plan kimi görünsə də, xəstəlik və digər xarici amillər səbəbiylə adada özlərini öldürmələri gözlənildiyindən problem həll ediləcəkdi.

Ancaq bu planı həyata keçirmək və lazımi avadanlıqla təmin etmək üçün almanlar qısa müddətdə ingilisləri məğlub etməli idilər. Buna nail ola bilmədikləri üçün sovet Rusiyasının işğalından sonra yəhudiləri Sibirə və qütblərə sürgün etməyi planlaşdırdılar. Bütün bunlar hamısı uzun bir proses tələb etdiyindən soyqırıma başladılar.

Görenlere

İdeal Aryan qadın proqramı

Hökmdarlığı dövründə həyat tərzinin və irsiyyətinin "təmiz irq" olmasını təmin etmək üçün əlindən gələni edən nasistlərin bu planı tamamilə qadınları əhatə edirdi. İdeal bir ana və həyat yoldaşı olmaq üçün yarım aylıq təhsil proqramına yazılan Alman qadınlara "mükəmməl nəsil yetişdirmək" üçün dərslər verildi və dərsləri keçənlər sertifikatlarla təltif olundular. Ancaq müharibə dövründə qadınlar bütün sənaye və ev işlərini öz üzərilərinə götürməyə başladıqda bu proqram unuduldu.

Görenlere

Angora dovşanları proqramı

Angora dovşanları olaraq bilinən bu dovşanlar da nasistlərdən bəhs edildiyi zaman ağla gələnlərdəndir. III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri və çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinən Henrix Himlerin rəhbərliyindəki toplama düşərgələrində məhbusların baxdıqları dovşanların yem və yaşam şərtləri məhkumlardan çox daha yaxşı idi. İş o yerə çatdı ki, bir çox məhbus aclıqdan və uyğun olmayan şəraitdə yaşamaqdan toplama düşərgəsində öldü, lakin dovşanların yeməyi əskik olmadı. Bu dovşanların lələkləri nasistlərin hərbi geyimlərində istifadə olunduğundan onların qayğılarına xüsusilə qalırdılar.

2. Dünya Savaşının Nedenleri ve Sonuçları - Özhan Öztürk Makaleleri

Əsgərlərə kapsullarda narkotik vermək planı

Müharibə zamanı almanların qorxmaz və aqressiv davranışlarının daha az bilinən səbəblərindən biri də nasist əsgərlərinin narkoman olması idi. Pervitin adlı preparat əsgərlərin istirahət etmədən daha uzun müddət döyüşmələrini və bütün riskləri gözə almasını təmin edirdi.

1944-cü ildə metamfetamin, kokain və morfinin qarışığı olan "D-IX” dərmanını istehsal etdilər və əvvəlcə məhkumlar üzərində sınaqdan keçirdilər. Məhbusların sınaqlar nəticəsində çox güclü olması nasistlərin məqsədlərinə xidmət edirdi.

Görenlere

Dördüncü hökumət

Almanların 1943-cü ildə Stalinqraddakı məğlubiyyətindən sonra iqtisadçılar və sənayeçilər müharibədən sonrakı Dördüncü hökumət üçün bir fövqəladə plan hazırlamaq lazım olduğunu qəbul etdilər. Strasburqda bir araya gələn alman mütəxəssislər, yeni hökumətin hərbi məsələlərə deyil, maliyyə məsələlərinə diqqət yetirməli və yenidən ortaya çıxıb ölkəni ələ alana qədər yeraltı Nasist Partiyasına lazımi sərmayə və maliyyə təmin etməsinin lazım olduğunu qəbul etdilər. Sənayeçilər Almaniyanın sərvətlərinin böyük bir hissəsini Cənubi Afrika kimi bitərəf və dost ölkələrə qaçaqmalçılıq yolu ilə göndərirdilər. Müharibədən sonra, əlbəttə ki, bir çox nasist lider ölüm və ya həbs cəzasına məhkum olmaq qorxusu ilə üzləşdi. Dördüncü hökumətin Almaniya adı altında yaşadığını və Avropa Birliyini qurduğuna dair nəzəriyyələr bu günlərdə də mövcuddur.(Musavat.com)

Prezident televiziya və radio işçilərini “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI Prezident televiziya və radio işçilərini “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI Gündəm / Siyasət "Lider TV"nin yayımı iyunun 1-dən dayandırılır - RƏSMİ "Lider TV"nin yayımı iyunun 1-dən dayandırılır - RƏSMİ Gündəm Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verildi - SİYAHI Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verildi - SİYAHI Mədəniyyət Ölümə aparan xəstəliyin müalicəsində "asprin" və "nurofen"dən istifadə edilməsi nə qədər doğrudur?-AÇIQLAMA Ölümə aparan xəstəliyin müalicəsində "asprin" və "nurofen"dən istifadə edilməsi nə qədər doğrudur?-AÇIQLAMA Gündəm / Sosial Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır Gündəm / İqtisadiyyat
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…