İdman
ÇOX OXUNANLAR
28-02-2022, 10:00 Oxunub: 2248
Ədliyyə Nazirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 30 il ötür. Bununla əlaqədar ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanıb, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib.
Yürüş iştirakçıları, o cümlədən ədliyyə işçiləri Xətai rayonunda ucaldılan Xocalı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, faciədə həlak olan soydaşlarımızın əziz xatirəsini dərin hüznlə yad ediblər.
Ədliyyə Nazirliyində və struktur qurumlarda keçirilən anım tədbirlərində Xocalı soyqırımının beynəlxalq hüquqa görə sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib, bu dəhşətli qətliamın Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə də mülki əhalimizə qarşı ballistik və reaktiv raketlər, kasetli bombalardan istifadə etməklə qanlı cinayətlər törətməsi Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Tədbirlərdə Vətən müharibəsində Müzəffər Ali Baş Komadan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın parlaq qələbəsi nəticəsində torpaqlarımızın 30 illik işğaldan azad olunaraq tarixi ədalətin zəfər çaldığı, şəhidlərimizin, günahsız insanların, o cümlədən Xocalı qurbanlarının qanının yerdə qalmadığı vurğulanıb.
Bəşəriyyətə, insanlığa qarşı törədilmiş bu qanlı cinayətə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, dövlət başçısı və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərildiyi, bununla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət alan "Xocalıya ədalət" kampaniyasının fəaliyyəti xüsusi qeyd olunub, bu dəhşətli faciəni törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.
Tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında gənc ədliyyə işçiləri və könüllüləri, Vətən müharibəsi iştirakçıları ilə Xocalı soyqırımına həsr olunan görüş keçirilib.
Görüşdə Xocalı hadisələrinin şahidi, Azərbaycan Dillər Universitetinin və Ədliyyə Akademiyasının müəllimləri tərəfindən çıxışlar edilərək ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən, faciənin acı nəticələrindən bəhs olunub, soyqırımı ilə bağlı həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının, eləcə də dünyada tanıdılmasının milli, vətənpərvər ruhda yetişən və könüllülük hərəkatının aparıcı qüvvəsi olan müasir Azərbaycan gəncliyinin müqəddəs vəzifəsi olduğu vurğulanıb.
Gənclər, o cümlədən nazirlikdə istehsalat təcrübəsi keçən ADA Universitetinin tələbələri Vətən müharibəsində parlaq Zəfərimizin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı ilə tanış olublar.
Ədliyyə işçiləri saat 17:00-da soyqırımı qurbanlarının əziz xatirəsini əbədi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər.
Faciənin ildönümü ilə bağlı nazirliyin Ədliyyə tarixi muzeyində yaradılmış “Xocalıya ədalət 30” adlı xüsusi stendlə, xalqımızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda mübarizəsinə həsr olunan ekspozisiyalarla və digər əyani vəsaitlərlə tanışlıq olub, kinozalda Xocalıda baş vermiş qanlı hadisələrə həsr olunan filmlər, foto və video-slaydlar nümayiş etdirilib, mətbuatda çıxışlar edilib, təlim-tədris müəssisələrində xüsusi mühazirələr oxunub, internet saytda və sosial media hesablarında məlumatlar paylaşılıb.
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









