İdman
ÇOX OXUNANLAR
23-01-2020, 23:32 Oxunub: 2427
Azərbaycan XİN Yerevanın 20 Yanvar hadisələri ilə bağlı şərhlərinə cavab verib
Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür.Bunu Oxu.Az-a Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı reaksiyasına münasibət bildirərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olundu:
“Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
O ki, qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir”.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















