1-09-2022, 10:40 Oxunub: 2225

6 il həbs verilmiş təhsil işçiləri azadlığa buraxıldı

Dələduzluq, mənimsəmə və rüşvət verməyə təhrik etmədə ittiham olunan təhsil işçilərinin apellyasiya şikayətinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilərək bu ilin aprel ayında məhkəmə zalında həbs edilən Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin şöbə müdiri işləmiş Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın apellyasiya şikayəti təmin edilib. Məhkəmə onların barəsindəki həbs hökmünü ləğv edib və hər biri şərti cəzaya məhkum edilərək avqustun 25-də məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, G.İsgəndərova 6 il 6 ay, K.Alıyeva və E.Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

G.İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb. İtihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.

Xatırladaq ki, onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırmağa başlamışdı.

Qafqazinfo

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar - SİYAHI Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar - SİYAHI Gündəm / Sosial Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı? Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı? Gündəm / Mədəniyyət Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Gündəm / Sosial 3 ay əvvəl azadlığa çıxan sabiq polis mayoru yenidən HƏBS OLUNDU 3 ay əvvəl azadlığa çıxan sabiq polis mayoru yenidən HƏBS OLUNDU Gündəm Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim