İdman
ÇOX OXUNANLAR
21-01-2020, 22:34 Oxunub: 2524
Asiman Qurbanlı Şengen vizasına görə yarışdan kənar qalıb
Karate millimizin aparıcı üzvlərindən olan Asiman Qurbanlının Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa yarışına yollana bilməməsinin səbəbinə aydınlıq gəlib.Oxu.Az-ın əldə etdiyi xəbərə görə, ötən il Belarusun paytaxtı Minskdə baş tutmuş II Avropa Oyunlarının qalibi olan karateçimiz Şengen vizası açdıra bilməyib. Belə ki, Fransanın Bakıdakı səfirliyi +84 kq-da çıxış edən idmançımıza məlum olmayan səbəbdən viza açmaqdan imtina edib.
Digər karateçimiz Şahin Atamov üçün isə əvvəlcədən viza üçün səfirliyə müraciət edilməyib deyə, bu çəkidə idmançımız mübarizə aparmayacaq.
Həmçinin qadın karateçilərimizdən İlahə Qasımova və Fəridə Abiyevanın millimizlə yarışa aparılan heyətdə yer almaması da təsadüfi deyil. Hər iki karateçi son yarışlarda uğursuz nəticələri ilə yadda qaldıqlarından, federasiya artıq xərc çəkib onları yarışa aparmaq istəməyib. Çünki bu idmançıların Tokio Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları olduqca azdır.
Bununla belə, əldə etdiyimiz son məlumata görə, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova şəxsi kolleksiyasında medal sayını artırmaq üçün yarışda iştirak edəcək. O, Parisə federasiya yox, öz hesabına gələcək.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







