İdman
ÇOX OXUNANLAR
21-01-2020, 22:37 Oxunub: 2584
Avropa Oyunlarının qalibi ilin ilk ciddi turnirinə aparılmır
Karate millimiz ilin ilk Premyer Liqa turnirində mübarizə aparacaq.Oxu.Az-ın xəbərinə görə, Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turniri üçün 25 nəfərlik heyət Azərbaycandan yola düşəcək. Bunlar federasiya prezidenti, məşqçilər, inzibati işçilər, idmançılar və hakimlərdir. Parisdə karateçilərimizin sayı 14 nəfər olacaq. Sabah günorta saatlarında komanda Parisdə olacaq.
Kumite millimiz kişilərdə yeddi, qadınlarda üç nəfər olmaqla 10 nəfərlə təmsil olunacaq. 84 kq çəki dərəcəsində birdən-birə üç idmançımız mübarizə aparacaq. Əvəzində +84 kq çəki dərəcəsində idmançımız olmayacaq. Nə II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı və nə də Şahin Atamov Parisdəki yarışda mübarizə aparacaq.
Qadınlarda isə I Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq) milli ilə birgə olmayacaq.
Kişilər: Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev (hər üçü -84 kq);
Qadınlar: Nuranə Əliyeva (-50 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq).
Həmçinin kata millimizin aparıcı üzvü Roman Heydərov fərdi şəkildə medal qazanmaq üçün mübarizə aparacaq. Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata millimiz isə komanda yarışlarında gücünü sınayacaq.
Bundan başqa, Cahangir Babayev və Vüqar Kərimov hakim qismində tatamidə öz məharətini göstərməyə çalışacaq.
Qeyd edək ki, Karate1 Premyer Liqa turniri 24-26 yanvar tarixlərində keçiriləcək və Tokio Olimpiadası üçün reytinq xalları verir.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







