14-09-2022, 11:00 Oxunub: 2259

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.

 Bu  barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Boks Federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.

Allah rəhmət eləsin!


"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Siyasət Kamaləddin Qafarov: “Kəlbəcər torpağının hər qayasında, hər daşında xalqımızın tarixi imzası var” Kamaləddin Qafarov: “Kəlbəcər torpağının hər qayasında, hər daşında xalqımızın tarixi imzası var” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim