İdman
ÇOX OXUNANLAR
23-06-2021, 14:10 Oxunub: 32308
ADAU-da yeni üzüm sortları: “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq təbrizi”

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) üç yeni üzüm sortu "Bayanşirə süfrə”, "Kəhraba” və "Tünd yarpaq təbrizi” rayonlaşdırılaraq dövlət reyestrində qeydiyyata alınıb.
Gəncə-Qazax bölgəsində qeyd olunan sortların tingləri əkilib, becərilir. Hər 3 sort 13 yaşlı üzümlükdə fərdi seçmə yolu ilə alınıb. ADAU-nun dosenti Sevil Abduləliyeva deyib ki, bu sortlar zərərvericilərə qarşı davamlılığına və məhsuldarlığına görə digər üzüm sortlarından fərqlənir. "Kəhrəba sortu şərq süfrə üzüm sortları qrupuna daxildir. Xəstəlik və zərərvericilərə davamlığı mildiu üçün 2-3 bal, oidium üçün 1-2 baldır. Ampeloqrafik təsvirlərdə muskat ətrinin olmaması ilə İtaliya sortlarından fərqlənir. Muskat ətrinin olması sorta yüksək keyfiyyət versə də, sort fondunun artırılmasına xidmət edir. Eyni zamanda salxım darağında kövrəklik zəifdir ki, bu da süfrə sortlarında əsas xüsusiyyətlərdəndir.”, - deyə S.Abduləliyeva bildirib.
Mütəxəssis onu da deyib ki, əldə olunan sortların quruluşu, rəngləri və forma xüsusiyyətlərinə görə digərlərindən fərqlənmələri ilə yanaşı həmdə onların saxlanmasını daha əlverişli edir:
"Tündyarpaq Təbrizi sortunun Təbrizi sortundan fərqi yarpağının quruluşu (dilimlərdə dərin kəsimlilik) olması, zoğun və yarpağın rəngində qəhvəyi rəng çalarının daha çox olması, daşınmağa və saxlanmağa daha davamlı olmasıdır.” Süfrə Bayanşirə sortu isə gec yetişən süfrə üzüm sortudur, məhsuldarlığı çox yüksək olmaqla şpaler sistemi üzrə becərilməlidir. Xəstəlik və zərərvericilərə davamliği mildiu üçün 2-2,5 bal, oidium üçün 1-2 baldır. Ampeloqrafik təsvirlərdə tam süfrə istiqamətli olmaqla ana sortdan fərqlənir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







