17-08-2022, 08:33 Oxunub: 2249

Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? - RƏSMİ
















Cari ilin altı ayı ərzində ölkədə 33,5 min yeni iş yerləri açılıb.


Dövlət Statistika Komitəsindən  KONKRET.az-a  bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 92 faizi qeyri-dövlət sektorunda yaradılıb.

Yeni açılmış iş yerlərinin 81,1 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların, o cümlədən 3,9 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,1 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 1 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,8 faizi tikinti, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi emal sənayesi, 8,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi peşə, elmi və texniki fəaliyyət, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 12,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2022-ci ilin altı ayı ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 43,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 44,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 55,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Kamaləddin Qafarov: “Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır” Kamaləddin Qafarov: “Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır” Gündəm Səttar Möhbalıyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti böyük tarixi nailiyyəti olacaq” Səttar Möhbalıyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti böyük tarixi nailiyyəti olacaq” Gündəm Kamaləddin Qafarov: “Qarabağ kimi, Şərqi Zəngəzur da bizləri gözləyir!” Kamaləddin Qafarov: “Qarabağ kimi, Şərqi Zəngəzur da bizləri gözləyir!” Siyasət Noyabr ayından gözləntilər Noyabr ayından gözləntilər Gündəm / Maraqlı Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR - YENİLƏNİB - FOTO Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR - YENİLƏNİB - FOTO Gündəm / Hadisə
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim