22-09-2022, 12:09 Oxunub: 2225

Azərbaycanda dollar bahalaşacaq?

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır.  İnflyasiyanı tənzimləmək üçün FED uçot dərəcəsini yüksəltməkdə israrlı görsənir.

Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb.

O, vurğulayıb ki, FED-in qərarı birjalara təsirsiz ötüşməyib: “Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə  alınıb-satılır.

FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir”.

Azərbaycanda dolların bahalaşması məsələsinə reaksiya verən Vüqar Bayramov qeyd edib ki, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir: “Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.

Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

"Bazarların monitorinq edilməsinə ehtiyac var"- Vüqar Bayramov qiymət artımından danışdı "Bazarların monitorinq edilməsinə ehtiyac var"- Vüqar Bayramov qiymət artımından danışdı Gündəm / Sosial Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir - FOTO Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir - FOTO İqtisadiyyat "İşbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar" "İşbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar" Gündəm / İqtisadiyyat / Sosial Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Gündəm Bankların real sektoru maliyyələşdirməsi üçün nə etməli? Bankların real sektoru maliyyələşdirməsi üçün nə etməli? İqtisadiyyat
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim