28-07-2022, 10:08 Oxunub: 2246

Sürücülərin DİQQƏTİNƏ: Bu dayanacaqda saxlasanız CƏRİMƏLƏNƏ bilərsiniz


Dayanacaq nişanı olsa da, burada sərnişinlərə görə saxlayan avtobuslara cərimələr yazılır. M4 yolunun "Sulutəpə dairəsi"ndən üzü Xocahəsən qəsəbəsi istiqamətində gedən hissəsindəki dairədən sonrakı dayanacaqda sürücülər sərnişin düşürüb-mindirə bilmirlər.Buna səbəb təhlükəsiz şəhər kamerası vasitəsilə onlara cərimə yazılmasıdır. Halbuki ərazidə 5.12 nişanı var.

Həmin dayanacaqdan keçən 102, 259, 157, 158 və 551 saylı avtobuslara indiyə qədər 1100 manat məbləğində cərimə yazılıb. Bu vəziyyətdə sürücülər orada saxlamadıqları üçün sərnişinlərlə mübahisə etməli olurlar.

Cərimələr ardıcıl olaraq yazıldığına görə, artıq həmin marşrut xətlərinə sözügedən dayanacaqda saxlamamaq tapşırılıb. Bu vəziyyətdə isə sürücülər sərnişinlərlə üz-üzə qalırlar.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi də deyilir. Ancaq hələlik nə yazılan cərimələri silən var, nə də problemi həll edən.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə 5.12, yəni avtobuslar üçün nəzərdə tutulan dayanacaq yerini bildirən nişan quraşdırılıb. Buna görə də, həmin ərazi 102, 259, 157 və 158 saylı müntəzəm marşrut xətlərinin dayanacaq məntəqəsi kimi tanınır və təsdiqlənib. Avtobuslar həmin nişandan 1 metr geridə, 15 metr isə irəlidə saxlayıb sərnişin düşürüb-mindirə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd edildi ki, həmin şəxslər məsələ ilə bağlı idarəyə müraciət etsinlər. Onların müraciətinə baxılacaq və problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımlar atılacaq.

 xezerxeber

MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə İctimai nəqliyyatın 96 dərdi və ya xoşunuz gəlmirsə, piyada gedin İctimai nəqliyyatın 96 dərdi və ya xoşunuz gəlmirsə, piyada gedin Gündəm / Sosial Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm DİQQƏT! Kamera çəkir - BNA-nın hədəfinə tuş gələn SÜRÜCÜLƏR OXUSUN DİQQƏT! Kamera çəkir - BNA-nın hədəfinə tuş gələn SÜRÜCÜLƏR OXUSUN Gündəm / Sosial "Vətəndaşın boğazından kəsilən pul nə qədər çox olarsa, bu qurumun rəhbəri daha çox varlanacaq" "Vətəndaşın boğazından kəsilən pul nə qədər çox olarsa, bu qurumun rəhbəri daha çox varlanacaq" Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim