4-08-2022, 08:44 Oxunub: 2204

Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU

Böyük Britaniyada 17 min 500 nəfərə aid məlumatlar göstərir ki, “Covid” testinin nəticəsi müsbət olmuş şəxslərdə indi ən çox rast gəlinən simptom boğaz ağrısıdır. Digər xarakterik əlamətlər isə baş ağrısı, burun tıxanıqlığı və öskürəkdir.

Britaniya Milli Sağlamlıq Xidmətinin (NHS) siyahısında ilk yerləri tutan yüksək hərarət və iybilmə/dadbilmənin itməsi əlamətləri artıq nadir hallarda ortaya çıxır.

Tez-tez rast gəlinən simptomlar səsin batması, asqırma, yorğunluq, əzələ ağrıları və başgicəllənmədir.

“Zoe App” tətbiqin məlumatlarına görə, “Covid-19”-un 20 əsas  əlaməti aşağıdakılardır:

  • boğaz ağrısı – 58%
  • baş ağrısı – 49%
  • burun tutulması – 40%
  • quru öskürək – 40%
  • burun axması – 40%
  • bəlğəmli öskürək – 37%
  • səs tutulması – 35%
  • asqırma – 32%
  • yorğunluq – 27%
  • əzələ ağrıları – 25%
  • başgicəllənmə – 18%
  • limfa düyünlərinin şişməsi – 15%
  • göz ağrısı – 14%
  • iybilmə hissinin dəyişməsi – 13%
  • sinə ağrıları – 13%
  • qızdırma – 13%
  • tərləmə-titrəmə – 12%
  • tənginəfəslik – 11%
  • qulaq ağrısı- 11%
  • dadbilmə hissinin itməsi – 10%.

Bu əlamətlərə digər araşdırmalarda da rast gəlinir.

Britaniyada “React-1” sorğu mərkəzinin təsadüfi yolla seçilən 150 min nəfərin məlumatlarına əsaslanan araşdırmasına görə də pandemiyanın ortaya çıxmasından bugünədək “Covid-19” simptomlarında dəyişiklik baş verib.

Alimlər qeyd edirlər ki, buna səbəb vaxt keçdikcə virusun dəyişməsi və ya mutasiyası ola bilər.

İlk dəfə Uhanda aşkar edilmiş “Covid-19” sonradan müxtəlif variantlarda ortaya çıxıb və bu variantlardan biri olan “Omicron” dominant növə çevrilib.

“React-1” araşdırmasının müəllifləri – “Imperial College London”-un tədqiqatçıları qeyd edirlər ki, bu variantda ən az rast gəlinən əlamətlər iybilmə və dadbilmə hissinin itməsidir.

“Omicron”-un bu ilin mart ayından etibarən sürətlə yayılmağa başlamış BA.1 və BA.2 növlərində daha çox qrip simptomlarını xatırladan vəziyyət müşahidə olunub.

Sonra “Omicron”un iki alt variantı – BA.4 və BA.5 dominant olub və virusun yayılma sürətini artırıb.

BBC

"Koronavirusdan sağalan insanlara immun pasportu niyə verilmir?" - Alimlər etiraz edir... "Koronavirusdan sağalan insanlara immun pasportu niyə verilmir?" - Alimlər etiraz edir... Gündəm / Sosial 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq Gündəm / Maraqlı Rusiya ilə Britaniya arasında müharibə başlayarsa... - HESABAT Rusiya ilə Britaniya arasında müharibə başlayarsa... - HESABAT Gündəm / Dünya “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür” Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür” Gündəm
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…