11-09-2021, 17:49 Oxunub: 112376

"Guya heç kim qadınla görüşmür, 70 yaşında kişi 25 yaşında qadınlarla görüşür ey..."

Tanınmış aşıq Namiq Fərhadoğlu Moderator.az-a müsahibəsində son bir həftədə gündəmdə olan mövzulardan danışdı. 

 

Bir həftədir ki, ictimai nüfuza malik şəxslərin qeyri-etik videoları yayılır. Bir müddət bundan əvvəl siz də bu cür hadisə ilə qarşılaşmışdınız. Necə düşünürsünüz, bu cür olaylarda əsas məqsəd nədir?

- Mənim qarşılaşdığım hadisəni polis əməkdaşları də araşdırdı ki, bu açıq aydın şantajdır. Həmin məsələdə heç bir cinayət tərkibi olmadığı sübut olundu. Bu sadəcə olaraq efirdə, gündəmdə olan sənətçini gözdən salmağa hesablanmışdı. Lakin hər kəs bilir ki, mənim əqidəm, amalım nədir, hansı mənsəbə qulluq edirəm. Veriliş aparıcısı olduqdan sonra  mənə bir çox oyunlar quruldu. Heç birində də bir "qələt” edə bilmədilər. "Ən böyük biclik düzlükdür”, deyiblər.

Yəqin ki, bilirsiniz, mənim səsimi montaj etmişdilər. Əgər həmin məsələdə günahım olsaydı indi məni həbs etmişdilər. Lakin bir saat belə məni saxlamadılar və mövzu araşdırıldıqdan sonra dərhal sərbəst buraxıldım. Videoları yayılan məmurlara gəldikdə, düşünürəm ki, onların da səhvi var. Adam, axı sənin 68 yaşın var, sən daha nə axtarırsan? Məsələn, mənim 38 yaşım var,  subay oğlanam, ətrafımda gözəl qızlar ola bilər. 

 

- Sonradan sizi şantaj edən şəxs barəsində hüquqi tədbir görməyi düşünmədiniz?

 

- İstəsəydim həmin gün şərəf və ləyaqətimi alçatdığına görə qadın barəsində cinayət işi açdırardım. Lakin məhz qadın olduğu üçün bunu etmədim. Mən Allah adamıyam, seyid nəvəsiyəm, ziyarətgahlara  gedirəm, ona görə də düşündüm ki, lazım deyil və hər şeyi Allaha həvalə etdim.

Bir hadisəni danışmaq istərdim, bu yaxınlarda mənə oyun quranlardan biri koronaya yoluxdu, sonra gedib avtomobil qəzasına düşdü, çox pis hala qaldı.

 

-   Qalmaqal ilə bağlı sizin tərəfinizi tutanlarla bərabər  tənqidi fikirlər səsləndirənlər də oldu...
 
-    Haqqımda nə yazırlar yazsınlar. Onsuz da öndə, gündəmdə olan adamların hamısından yazırlar Bu sadəcə kimlərinsə oyunu idi. Mənim həmin videomu 200 adam "Youtube” platformasında paylaşmışdı. Əlbəttə ki, bunu reytinq üçün etmişdilər. "Youtube” kanalımın izləyiciləri onları şikayət etdi. İndi mənə yalvarırlar ki, biz evimizə çörək aparırıq, o şikayətinizi geri götürün ki, kanalımız bağlanmasın. Ay şərəfsizlər, illərdir qram-qram hörmət qazanan, gündəmdə olan sənətçini gözdən salmaq istəyirsən, sonra da yalvarırsan?  

 
- Sizcə bu cür şantaj olaylarının qarşısını almaq üçün nə etmək lazımdır?


- Guya heç kim qadınla görüşmür? 70 yaşında kişi 25 yaşında qadınlarla görüşür ey. Nüfuzlu şəxslərin yayılan videolarına baxmışam. Düşünürəm ki, kimlərsə onların vəzifələrinə göz dikib və ya özləri üçün təhlükə hesab edir deyə bu cür şantaj üsullarına əl ataraq, onları gözdən salmağa çalışırlar.


Bildiyiniz kimi bu günlərdə bir jurnalist bu cür şantaj olayına görə pul istədiyib və hüquq mühafizə orqanları dərhal məsələyə müdaxilə edərək, onu həbs ediblər. Məndən də bəzi jurnalistlər şantaj olayına görə pul istəmişdi. Aparıcılıq etdiyim verilişin yarışmasında səsimi yazmışdılar ki, "yarışmada birincliyi satır”. Əcəb eləmişəm... "Prodakşn” kimi fəaliyyət göstərirəm, o layihədə pul da mənə çatır, SMS də. Yeganə sənət adamıyam ki, gələn gəlirin 10 faizini dövlətə vergi verirəm. O vaxt məndən pul istədilər ki, həmin xəbəri saytdan silsinlər, buna razılaşmadım.

 

- Dediniz ki, subaysınız. Yaxın vaxtlarda toy gözlənilirmi?

 

- Qız tapsam olacaq. Ailə qurmaq asan məsələ deyil. Hər yoldan ötənlə ailə qurmaq olmur. 

 

- Yeni mövsüm başlayır. Bu mövsümdə hansı yenilikləriniz olacaq?

 

- Tanınmış kanalların birində gündəlik verilişim başlayacaq. İndidən deyə bilərəm ki, verilişdə tanınmış simalar qonaq olacaq.  

Bu  nə  axmaq  adamdır...? Bu nə axmaq adamdır...? Gündəm / Köşə İndi görən, nəyimin açıq qaldığı görünür...? İndi görən, nəyimin açıq qaldığı görünür...? Sosial / Köşə Pressaz.az saytının rəhbəri Ramilə Atəş Fəxri Fərmanla təltif olunub – FOTO Pressaz.az saytının rəhbəri Ramilə Atəş Fəxri Fərmanla təltif olunub – FOTO Gündəm / Sosial DÖVLƏT  YOL   POLİSİNİN  QANUNSUZ  ƏMƏLLƏRİNƏ  KİM  SON  QOYACAQ...? DÖVLƏT YOL POLİSİNİN QANUNSUZ ƏMƏLLƏRİNƏ KİM SON QOYACAQ...? Gündəm / Sosial Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ - FOTO Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ - FOTO Gündəm / Sosial
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…