28-07-2022, 13:17 Oxunub: 2196

Xalq artisti onu tanıdığını deyən İlham Əliyevə niyə müraciət edib? - Prezidentdən dərhal REAKSİYA














Bir neçə gün əvvəl rejissor, yazıçı və şair, Azərbaycanın xalq artisti Əflatun Nemətzadə Bakıda ona qarşı mənzillə bağlı dələduzluq edildiyindən şikayət edib. 

 

Ankarada Qazi universitetinin professoru olan Əflatun Nemətzadənin şikayətini “Haqqın.az” saytı işıqlandırıb. Məlumata görə, Yazıçılar Birliyinin üzvü Ə.Nemətzadə 2017-ci ildə Ankarada olarkən Azərbaycan səfirliyindən ona zəng edilib və “Fədək” mənzil-tikinti kooperativinin nümayəndəsi görüşmək istədiyini bildirib. Nümayəndənin professorla görüşmək istəməsinə səbəb isə onun Bakıda sahib olduğu mənzil olub. 

Şikayətçinin sözlərinə görə, Nemətzadə həmin şəxslə görüşdükdə şirkət nümayəndəsi professora müqavilə təqdim edib. Sözügedən müqaviləyə əsasən, professor Bakının Nəsimi rayonunda sahib olduğu mənzilinin yerləşdiyi evin sökülməsinə icazə verir və bunun müqabilində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binada geniş əraziyə sahib mənzil əldə edəcək. 

Sayt yazır ki, müqaviləyə əsasən, Nemətzadəyə yeni inşa olunan binada 20 kvadrat metr əlavə tikili ilə 118 kvadrat metr sahəsi olan yeni mənzil verilməli idi. Lakin daha sonradan şirkətin rəhbəri dəyişdiyindən əvvəlki layihə də ləğv olunub və yenisi hazırlanıb. Yeni layihəyə əsasən isə sakinlərə əlavə ödəniş qarşılığında 140-150 kvadrat metr sahəli mənzillər təklif olunub. Nəticədə isə Nemətzadə mənzilsiz qalıb. 

Bunun ardınca, Ə. Nemətzadə Prezident İlham Əliyevlə şəxsən tanış olduğunu bildirərək ondan kömək istəyib. Professorun üzləşdiyi problem işıqlandırıldıqdan sonra onun məsələsinə tez bir zamanda reaksiya verilib.

Prezidentin göstərişi əsasında, bu məsələ dövlət orqanlarının nəzarəti altına götürülüb və öz həllini tapıb. Belə ki, Əflatun Nemətzadə ilə ona böyük əraziyə sahib mənzilin verilməsi ilə bağlı yeni müqavilə imzalanıb. 

Bununla yanaşı, ev inşa olunana qədər Ə.Nemətzadə üçün mənzil icarəyə götürüləcək. Həmçinin professorun əvvəlcədən “Fədək” şirkətinə ödədiyi 10 min manat vəsaiti də geri qaytarılıb.

Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm