İdman
ÇOX OXUNANLAR
23-01-2020, 23:35 Oxunub: 2460
Deputatlığa namizəd Könül Nurullayeva növbəti görüşlərini keçirib
24 saylı Nizami Birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün növbəti görüşlərini Keşlə qəsəbəsinin M.H Kazımov, A.Mirzəyev və Zakir küçələrinin sakinləri ilə keçirib. Seçiciləri ilə səmimi söhbət edən K.Nurullayeva seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib.
O qeyd edib ki, millət vəkili olaraq bütün seçiciləri üçün əlçatan olacaq və hər zaman ona göstərilən etimadı doğrultmağa çalışacaq. Paralel olaraq seçicilərlə ünsiyyəti yaxın etmək, onların müraciətlərini qəbul etmək üçün maraqlı təşəbbüslə çıxış edib və onları seçiləcəyi təqdirdə ilk işlərin sırasına aid edəcək.
Seçicilər isə K.Nurullayevanı tanıdıqlarını, gənclərlə iş, idman sahəsində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin, görüş iştirakçıları könüllü şəkildə fəal təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını da əlavə ediblər.
Öz növbəsində K.Nurullayeva böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdıraraq bildiklərini diqqətə çatdırıb, eyni zamanda müşahidə edilən problemləri aktiv şəkildə dövlət orqanları qarşısında qaldıracağını və yerli icra hakimiyyəti orqanları ilə onların həlli üçün çalışacaqlarını da xüsusi vurğulayıb.
Xatırladaq ki, 24 saylı Nizami Birinci seçki dairəsindən namizəd Könül Nurullayeva 1985-ci ildə Bakı şəhərində anadan olub. Olimpiya İdman hərəkatında aktiv iştirak edərək Azərbaycanı bir çox mötəbər tədbirlərdə uğurla təmsil edib və hazırda da daşıdığı bu şərəfli missiyanı davam etdirməkdədir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







